Nanoaraşdırmalar Mərkəzində növbəti elmi seminar baş tutub
Bakı Dövlət Universitetinin Nanoaraşdırmalar Mərkəzində əslən Cənubi Koreyadan olan, aparıcı elmi işçi, fəlsəfə doktoru Kim Jiseok “Triboelektrik nanogeneratorlar - yeni növ enerji mənbəyi kimi” (“Application of silver nanowires and triboelectric generators for energy harvesting”) adlı məruzə ilə çıxış edib. Məruzəçi apardığı elmi-tədqiqat işləri haqqında, o cümlədən gümüş nanonaqillərinin alınması texnologiyasının işlənilib hazırlanması və onların əsasında gələcəkdə hazırlanacaq triboelektrik nanogeneratorlar haqqında məlumat verib. Kim Jiseokun rəhbərlik etdiyi qrup tərəfindən Ag-Ag2S hibrid nanostrukturları işlənib hazırlanaraq və onların fiziki xassələri üzə çıxarılıb. Bu tip strukturlarda kvant ölçülü effektlər öyrənilib, qadağan olunmuş zonanın eni təyin olunub. Kim Jiseokun apardığı araşdırmalar əsasında Avropa və Kanadanın aparıcı tədqiqat mərkəzləri ilə birgə layihələr hazırlanması, beynəlxalq qrant proqramlarına təqdim edilməsi nəzərdə tutulub. Məruzəçi seminar iştirakçılarının suall
Tarix: 21-02-2020, 16:30