Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

ADNSU ilə “British Council” arasında əməkdaşlıq genişlənir



 
 Fevralın 20-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı “British Council”-ın Azərbaycandakı ofisinin direktoru Samr Şahla görüşüb.
Birgə əməkdaşlıq əlaqələrinin və mövcud layihələrin müzakirə oldunduğu görüşdə çıxış edən ADNSU-nun rektoru, professor M.Babanlı universitetdə görülən işlərdən və “British Council” ilə birgə həyata keçirilən ingilis dili təlimlərindən danışıb. ADNSU-BP və “British Council” ilə birgə həyata keçirilən təlimlərin nəticələrinin uğurlu olduğunu deyən rektor M.Babanlı bu uğurların tərəflər arasındakı sıx əlaqələrin olması ilə əlaqələndirərək layihənin davamlı olmasını dəstəklədiyini deyib.
ADNSU ilə birgə uzunmüddətli əməkdaşlıqdan olduqca razı qaldığını deyən “British Council”-ın Azərbaycandakı ofisinin direktoru Samr Şah ADNSU müəllimlərinin dil səviyyəsindən və ingilis dili təlimlərinin nəticələrindən məmnun olduğunu diqqətə çatdırıb. Təlimlərin sonunda ADNSU-nun 12 nəfər müəlliminin “British Council” tərəfindən ekspert qismində seçildiyini vurğulayan S.Şah həmçinin layihənin daha 3 il müddətində davam edəcəyini bildirib.
Qarşılıqlı fikir mübadiləsi şəraitində keçirilən görüşdə ADNSU-da İngiltərəyə aid guşənin yaradılacağı da qed olunub.


Tarix: 20-02-2020, 19:20

Xəbəri paylaş