Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Mingəçevir Dövlət Universiteti Elmi Şurasının növbəti iclası keçirilib

 
 

Mingəçevir Dövlət Universitetinin (MDU) Elmi Şurasının növbəti iclası keçirilib. MDU-nun rektoru  Şahin Bayramov tədbiri açaraq gündəlikdə duran məsələlər barədə məlumat verib.
İclasda MDU-nun magistratura səviyyəsində tədrisin təkmilləşdirilməsi, eləcə də bakalavr və magistrlərin karyera inkişafının təmin edilməsi vəziyyəti və təcrübələrin təşkili haqqında məsələlər müzakirə edilib. Gündəlikdə olan məsələlərlə bağlı müvafiq olaraq Elmi işlər üzrə prorektor əvəzi, professor Veysəl Əyyubov və Tədris şöbəsinin müdir müavini Üzeyir Zeynalov məruzələrlə çıxış ediblər.
Rektor Ş.Bayramov müzakirə olunan məsələlərlə bağlı müvafiq tövsiyə və tapşırıqlar verib. Müzakirələrdən sonra hər iki məsələ barədə təqdim olunan hesabatlar Elmi Şura üzvləri tərəfindən yekdilliklə qəbul edilib.


Tarix: 6-02-2020, 10:45

Xəbəri paylaş