Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

ADNSU-da veb proqramlaşdırma kurslarına start verilib

 


Fevralın 3-də Azərbaycan Dövlət Neft və Sənaye Univerasitetində (ADNSU) İsrail – Azərbaycan Təlim Mərkəzində veb proqramlaşdırma kurslarının ilk dərsi keçirilib.
ADNSU-nun rektoru, professor Mustafa Babanlı tədris mərkəzi və auditoriyalarla tanış olub və kurs iştirakçıları ilə görüşüb. Veb proqramlaşdırmanın əhəmiyyətindən və gənclər üçün perspektivlərindən danışan rektor M.Babanlı tədris mərkəzində gənclərin bu istiqamətdə bilik almaları üçün hər cür şərait yaradıldığını deyib.
İsrail-Azərbaycan Ticarət Palatasının prezidenti Aleks Kaplun mərkəzdə yaradılan şəraiti yüksək qiymətləndirirərək, burada İsrailin İT və yüksək texnologiyalarla bağlı təcrübəsi əsasında bu sahəyə maraq göstərən gənclərə yüksək səviyyəli dərslər keçiriləcəyini deyib.
Hazırda kursda 9 tələbə və 15 müəllim olmaqla 24 nəfərin iştirak etdiyini deyən İsrail – Azərbaycan Təlim Mərkəzi-nin rəhbəri Elnur Səfərli Full stack development kursunun bütün tədris materiallarının İsrail tərəfindən verildiyini deyib.
Qeyd edək ki, 500 saatlıq kurs həftədə 4 gün olmaqla hər gün 3 saat mqüddətində 10 ay davam edəcək. Təlim mərkəzində məsləhət komitəsi faliyyət göstərəck və bu məsləhət komitsəinə verilən tapşırıqlar və layihələr əsasında kursun yekununda tələbələrin təqdim edəcəyi layihələr qiymətləndirmə aparılacaq. Kursu bitirənlərə “Məzun sertifikatı” layihəni təqdim edə bilməyənlərə “İştirak sertifikatı” veriləcək. Sonda tələbələrin bank sektorunda və digər şirkətlərdə işlə təmin olunmasına dəstək göstəriləcək.


Tarix: 5-02-2020, 16:25

Xəbəri paylaş