Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

ADNSU-da Elmi Şuranın 2020-ci ildə ilk iclası keçirilib

  

Yanvarın 29-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Elmi Şuranın növbəti iclası keçirilib.
ADNSU-nun rektoru, professor Mustafa Babanlı gündəlikdə duran məsələlərə keçməzdən öncə geologiya-mineralogiya elmləri doktoru, professor Şəfiq Pənahini 95 illik yübileyi münasibəti ilə təbrik edib. Qocaman alimin zəngin elmi irsindən, pedaqoji və elmi fəaliyyətindən, həmçinin, ADNSU-da ixtisaslı mütəxəssislərin yetişdirilməsindəki xidmətindən danışıb, ona möhkəm cansağlığı arzu edib.
Sonra professor Mustafa Babanlı gündəlikdə olan üç əsas məsələ və digər müxtəlif məsələlərlə bağlı iclas iştirakçılarına məlumat verib. Texnika elmləri doktoru, professor Qəhrəman Həsənov “Elm mərkəzi”nin fəaliyyəti haqqında hesabat verib.    Mərkəzin fəaliyyəti haqqında qərar layihəsi səsverməyə qoyularaq yekdilliklə qəbul edilib. Universitetin “Ümumi və tətbiqi riyaziyyat” kafedrasının assistenti  Elviz İsmayılov Startap və İnnovasiya Mərkəzi haqqında hesabat məruzəsi ilə çıxış etdikdən sonra Energetika fakültəsinin dekanı, dosent Zakir Həsənovun illik hesabatı dinlənilib. Professor Mustafa Babanlı hər üç məruzə ilə bağlı təklif və iradlarını bildirib, görüləcək işlər haqqında tövsiyyələr verib.
Daha sonra Elmi katib Yetər Əliyeva müxtəlif istiqamətlər üzrə elmi dərəcələrə namizəd olan 7 iddiaçı haqqında şura üzvlərinə məlumat verib və səsvermə keçirildikdən sonra elmi dərəcələrə namizədlərin iddiaları qəbul olunub. Gündəliyə uyğun olaraq “Ümumi və tətbiqi riyaziyyat” kafedrasının müdiri, riyaziyyat üzrə elmlər doktoru, professor Araz Əliyev alimlər və universitetin digər əməkdaşları üçün ştat maaşından əlavə maaşın hansı meyarlara əsasən verilməsi, elmi-tədqiqat layihələri, bu istiqamətdə görüləcək işlər və mövcud vəziyyət haqqında məlumat verib.
Sonda professor Mustafa Babanlı ADNSU-nun 100 illiyi ilə bağlı görülən işlər və Elmi Şura tərəfindən təsdiq olunmuş planın icra vəziyyəti haqqında danışdıqdan sonra gündəlikdə duran bir neçə vacib məsəni şura üzvlərinin müzakirəsinə çıxarıb. O, universitetdə görülən hər bir işin yüksək səviyyədə icrasının vacibliyini iclas iştirakçılarının diqqətinə çatdırıb.


Tarix: 1-02-2020, 18:30

Xəbəri paylaş