Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Türk dünyasının öz "Nobel"i olsun!

  

Beynəlxalq Türk Akademiyası  Elmi Şurasının Bakıda keçirilən  III iclasında türk dünyasının elm adamlarının birgə səylərinin səfərbər edilməsi, elmi əlaqələrin,  birgə elmi tədqiqatların intensivləşdirilməsi barədə bir sıra önəmli fikirlər səsləndirilib. Beynəlxalq Türk Akademiyası formatında  türk cümhuriyyətlərindən olan alimlərin elmi məqalələrinin dünyanın nüfuzlu impakt faktorlu nəşrlərdə dərc olunması xüsusilə vurğulanıb.

 

Beynəlxalq Türk Akademiyasının prezidenti  Darxan Kıdırali isə maraqlı təkliflə çıxış edib. O, akademiyanın 2020-ci il üzrə fəaliyyət prioritetlərindən danışarkən   türk cümhuriyyətlərindən olan alimlərin elmi nailiyyətlərinin Avropada və bütün dünyada tanıdılmasından bəhs edib.  D.Kadırali Beynəlxalq Türk Akademiyası çərçivəsində türk dünyasından olan alimlər üçün "Nobel mükafatı"nın təsis olunmasını irəli sürüb. O,  bu mükafatın 2 ildə bir dəfə elm sahəsində xüsusi nailiyyətləri ilə türk dünyasına töhfələr verən alimlərə təqdim edilməsini  söyləyib.   D.Kadıralinin bu təklifi tədbir iştirakçıları tərəfindən dəstəklənib və bildirilib ki,  bu təklif alimlər üçün ciddi motivasiya ola bilər.


D.Kıdırali türk dünyasının elmi dissertasiyalarının bilik bazasının yaradılması və indeksləşdirilmiş jurnalların buraxılması ilə bağlı konsensus əldə olunduğunu da deyib.

 

Oruc MUSTAFAYEV


Tarix: 1-02-2020, 13:46

Xəbəri paylaş