Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

“SABAHın müəllimi” təcrübə proqramının açılış mərasimi




 
 

SABAH qrupları layihəsinin “SABAHın müəllimi” təcrübə proqramının açılış mərasimi keçirilib.

Tədbirdə Təhsil nazirinin müavini Firudin Qurbanov, SABAH qrupları İcra Komitəsinin rəhbəri Şahin Seyidzadə, “Sağlam təhsil – sağlam millət” və “STEAM Azerbaijan” layihəsinin əməkdaşları, həmçinin ümumtəhsil məktəblərinin müəllimləri, SABAH Mərkəz rəhbərləri və tələbələri iştirak ediblər.

         Tədbirdə bildirilib ki, 2019-2020-ci tədris ilindən start verilən “SABAHın müəllimi” təcrübə proqramı SABAH qruplarının pedaqoji ixtisasları üzrə təhsil alan III kurs tələbələri üçün nəzərdə tutulub. Üç istiqamət üzrə (“STEAM” siniflərində, kənd məktəblərində, “Sağlam təhsil” siniflərində) aparılacaq təcrübə proqramı ümumilikdə 126 tələbə və 56 məktəbi əhatə edəcək. 

Məlumat verilib ki, “STEAM” siniflərində təcrübə proqramı SABAH qruplarının “STEAM Azerbaijan” layihəsi ilə əməkdaşlığı çərçivəsində SABAH tələbələrinin layihə haqqında məlumatlılığının artırılması məqsədilə 2 həftəlik intensiv təlimlərdə iştirak etməsini və STEAM siniflərində pedaqoji təcrübə keçməsini nəzərdə tutur. Təcrübədə ümumilikdə 6 ixtisas üzrə 68 tələbə iştirak edəcək. Təcrübə 15 ümumtəhsil məktəbini əhatə edəcək.

Kənd məktəblərində təcrübə proqramı çərçivəsində isə 33 tələbə ucqar kəndlərdə yerləşən ümumtəhsil məktəblərində təcrübə keçəcəklər. Təcrübə 27 kənd üzrə 32 məktəbi əhatə edəcək. Təcrübənin əsas məqsədi tələbələrin SABAH qruplarında təhsil dövründə qazandıqları bilik və bacarıqlarını, təcrübələrini yaşadıqları icmaya ötürərək töhfə vermələridir.

Təcrübə proqramının 3-cü istiqamətinə uyğun olaraq tələbələrin digər qismi “Sağlam təhsil - sağlam millət” layihəsi ilə əməkdaşlıq çərçivəsində “Sağlam təhsil” siniflərində  təcrübəyə cəlb olunacaqlar. Bildirək ki, 2016-cı ildən etibarən 100  SABAH tələbəsi “Sağlam təhsil“ siniflərində təcrübə keçib.

Qeyd edək ki, “SABAHın müəllimi” təcrübə proqramının əsas məqsədi pedaqoji ixtisaslar üzrə təhsil alan SABAH tələbələrinə öyrəndikləri nəzəri biliklərin tətbiqi yolu ilə ixtisaslarını dərindən mənimsəmələri və peşəkar müəllim kimi inkişaf etmələrinə şərait yaratmaqdır.


Tarix: 29-01-2020, 13:39

Xəbəri paylaş