Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

GDU əməkdaşının uğuru

  
Gəncə Dövlət Universitetinin tərəfdaş kimi iştirak etdiyi Avropa Komissyasının “Erasmus+” proqramının “MEDIATS” layihəsi çərçivəsində İspaniya Krallığının Mursiya şəhərində yerləşən San Antonio adına Katolik Universitetində intensiv təlim və tədris təcrübəsi formatında görüşlər təşkil edilmişdir.
Qeyd edək ki, “MEDİATS” layihəsinin əsas məqsədi universitetləri mediasiya sahəsində aparıcı qüvvələrə çevirmək Azərbaycanda, Gürcüstanda və Ukraynada Avropa təcrübəsindən faydalanaraq münaqişələrin məhkəməyə qədər obyektiv həllini yaxşılaşdırmaqdan ibarətdir.
Tədbirdə Gəncə Dövlət Universitetinin əməkdaşları: Tədris şöbəsinin müdiri Elturan Yusifov, rektorun müşaviri İlqar Kubişev, İnformasiya texnologiyaları şöbəsinin müdiri Asif Həsənov, Beynəlxalq Əlaqələr şöbəsinin müdiri Ruslan Məmmədov və İnnovasiya texnologiyalarinin transferi və marketinqi şöbəsinin müdiri Razim Əliyev iştirak ediblər. Altı ölkədən olan on universitetin təmsilçiləri bir araya gələrək “Mediasiya”- təlimin və cəmiyyətin transformasiyası” (MEDİATS) adlı layihənin üçünçü görüşündə iştirak etmişlər.
Qeyd edildiyi kimi təlimlər paralel olaraq iki bölmədə aparılmışdır. Bir qrup əməkdaş tədris təcrübəsi görüşlərində iştirak etmişlər. Bu görüşlərdə əməkdaşlarımızla İspaniyada mediasiya siyasətinin tətbiqi, mediasiya üzrə magistratura proqramının və Azərbaycanda mediasiya federasiyasının yaradılmasına dair müzakirələr aparılmışdır. Rus və ingilis dillərində aparılan təlim günlərində tədris təcrübə görüşlənin iştirakçıları Mursiya Regionunun Vəkillər Kollecini və Mursiya Regionun Ədliyyə Naziliyinidə ziyarət ediblər. Təlim-təcrübənin yekununda əməkdaşlarımız Elturan Yusifov və İlqar Kubişev beynəlxalq iştirakçı sertifikatı ilə təltif olunmuşlar.
Təlimlərin bir hissəsi isə intensiv seminara həsr olunmuşdur. Bir həftə davam edən seminar- məşğələdən sonra iştirakçılar üç ölkə (Niderland Krallığı, Latviya, İspaniya) təcrübəsinin yekunu olaraq imtahan verərək beynəlxalq diplomlara layiq görülmüşlər.
Sevindirici haldır ki, Universitetimizin üç əməkdaşı Beynəlxalq əlaqələr şöbəsinin müdiri Ruslan Məmmədov “Sertifikatlaşmış beynəlxalq mediator”, İnformasiya texnologiyaları şöbəsinin müdiri Asif Həsənov “Mediasiya siyasətini təbliğ edən nümayəndə” və İnnovasiya texnologiyalarinin transferi və marketinqi şöbəsinin müdiri Razim Əliyev “Mediasiya siyasətini təbliğ edən nümayəndə” diplomları ilə təltif olunmuşlar. Qeyd edək ki, əldə olunan bu diplomlar Beynəlxalq Mediasiya Federasiyası və Niderland Biznes Akademiyasının birgə hazırladığı diplomlardır. Bu diplomlar beynəlxalq səviyyədə tanınır və reysterdə qeydiyyatdan keçmişdir.
İnanırıq ki, əməkdaşlarımızın Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 29 mart 2019-cu il № 1555-VQ saylı təsdiq etdiyi “Mediasiya haqqında Azərbaycan Respublikasının Qanunu”nun icrasında bundan sonra da töhvə verəcəklə


Tarix: 25-01-2020, 14:03

Xəbəri paylaş