ADNSU-da qədim və nadir nüsxələrdən ibarət kitab sərgisi keçirilib
Yanvarın 24-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Azİİ e-Kitab Evində universitetin 100 illiyinə həsr olunmuş tədbirlər silsiləsi çərçivəsində ilk tədbir keçirilib.
Qədim, nadir və unikal nüsxələr, qiymətli kitab və əlyazmalar, ensiklopediyalar və miniatür kitablardan ibarət sərgidə Azərbaycan, rus, alman, ingilis, fransız və s. dillərdə olan 129 miniatür və 200-ə yaxın kitab yer alıb.
Tədbiri giriş sözü ilə açan Azİİ e-Kitab Evinin direktoru Səlahət Mahmudova qonaqları salamladıqdan sonra tədbir haqqında məlumat verib. ADNSU-nun 100 illiyi ilə bağlı ilk tədbirin məhz kitab evində keçirilməsinin sevindirici və qururverici bir hal olduğunu qeyd edən S.Mahmudova kitab evinin bazasında olan qədim və nadir nüsxələrin, qiymətli nəşrlərin ciddi qorunduğunu deyib.
Tədbirdə çıxış edən ADNSU-nun Tərbiyə işləri üzrə prorektoru, dosent Ata Babayev universitetdə gedən islahatlardan və tələblər arasında kitaba marağın artmasından danışıb. O, belə tədbirlərin vacibliyini qeyd edərək burada sərgilənən kitabların oxucular üçün dəyərli sərvət olduğunu deyib.
Sonda nadir kitablardan ibarət sərgiyə baxış keçirili
Tarix: 24-01-2020, 12:48