Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

ADNSU Şri Lankada keçirilən təhsil sərgisində təmsil olunub

 


Azərbycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU)17-20 yanvar tarixlərində Şri Lankanın paytaxtı Kolombo şəhərində keçirilən və ilin ən böyük təhsil sərgisi olan “EDEX 2020”-də təmsil olunub.
Azərbaycandan yalnız ADNSU-nun iştirak etdiyi “EDEX-2020” sərgisinə universitet MAS Private Limited şirkətinin dəvəti ilə qatılıb və şirkət ilə eyni stendi paylaşıb.
Sərgi müddətində ADNSU-nun Əcnəbi tələbələrlə iş üzrə dekan müavini Natiq Məmmədov universitetdə tədris olunan ixtisaslar, mübadilə proqramları, universitetin elmi və texniki bazası, həmçinin beynəlxalq əməkdaşlıq əlaqələri və eləcə də ölkəmiz haqqında sərgi iştirakçılarına geniş məlumat verib.
Qeyd edək ki, “EDEX-2020” təhsil sərgisi Royal College Union-un təşkilatçılığı ilə Kolombonun ən geniş və abad məkanı olan Bandaranaike Memorial International Conference Hall-da keçirilib. Müxtəlif ölkələrdən 200-dən çox təhsil müəssisəsinin iştirak etdiyi sərgini 50,000-dən çox orta məktəb şagirdi, tələbələr və universitet məzunları ziyarət edib.


Tarix: 25-01-2020, 13:46

Xəbəri paylaş