Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Təhsil Nazirliyinin “Nəsimi ili” ilə bağlı yekun tədbiri


   


Yanvarın 13-də Gənc Tamaşaçılar Teatrında Təhsil Nazirliyinin böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş yekun tədbiri keçirilib.

Tədbirdə Prezident Administrasiyasının Humanitar siyasət, diaspora, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, Təhsil naziri Ceyhun Bayramov, nazirliyin əməkdaşları, ictimaiyyət nümayəndələri, media qurumlarının rəhbərləri, KİV təmsilçiləri iştirak ediblər.

Təhsil naziri Ceyhun Bayramov çıxış edərək ölkə Prezidenti İlham Əliyevin böyük şair İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi və 2019-cu ilin “Nəsimi ili” elan edilməsi haqqında sərəncamlarının əhəmiyyətindən danışıb.

Təhsil naziri “Nəsimi ili” ilə bağlı görülən tədbirlərə toxunaraq deyib ki, birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə şairin 650 illik yubileyi münasibəti ilə “Azərbaycanımızı yaşıllaşdıraq” devizi altında başladılan kampaniyaya təhsil işçiləri də qoşulub. Ceyhun Bayramov təhsil müəssisələrində də yubiley ilinə həsr edilən ədəbi bədii gecələr, müsabiqələr, elmi-praktik konfranslar, şagirdlər arasında təşkil edilən intellektual yarışlar, ədəbi-bədii kompozisiyalar, tamaşalar, dəyirmi masalar keçirildiyni vurğulayıb.

Nəsimi yaradıcılığından söz açan nazir onun ədəbiyyat və fəlsəfi fikir tarixində özünəməxsus yeri olduğunu deyib və qeyd edib ki, Nəsiminin əsərləri təhsilin bütün pillələrində geniş tədris olunmaqla müasir dövrdə gənclərin formalaşmasında, onların inkişafında böyük bir xəzinə olaraq xalqa xidmət edir.

Sonra Təhsil Nazirliyinin tabeliyindəki akademik Zərifə Əliyeva adına Liseyin şagirdləri və dram dərnəyinin üzvləri tərəfindən Nəsiminin 650 illik yubileyi münasibətilə hazırlanmış “Mənəm” tamaşası nümayiş olunub.

Tamaşanın sonunda qonaqlar yaradıcı heyəti təbrik edib, xatirə şəkli çəkdirilib.


Tarix: 14-01-2020, 11:17

Xəbəri paylaş