Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

ADNSU-da “HPC Mərkəzi və Big Data ilə tanışlıq” mövzusunda seminar keçirilib


 

Yanvarın 10-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) High Performance Computing (HPC) Mərkəzi və Big Data ilə tanışlıq” mövzusunda seminar keçirilib.
Tədbirdə ADNSU-nun rektoru, professor Mustafa Babanlı, universitetin professor-müəllim heyəti, HPC Mərkəzinin işçi qrupu və bir sıra dövlət qurumlarının nümayəndələri iştirak edib. Professor M.Babanlı HPC Mərkəzi haqqında qısa məlumat verərək mərkəzin təsis olunmasında 4 əsas məqamın olduğunu seminar iştirakçılarının diqqətinə çatdırıb. Bildirib ki, ilk növbədə biz ölkədə gedən proseslərin fövqündə olmaq istəyirik. Çalışırıq ki, Azİİ bir elm, təhsil məbədi kimi ölkədə gedən bütün innovativ proseslərin önündə olsun, lokomativ rolunda iştirak etsin, kadr hazrlığını təmin edək.  İkinci və ən öməmli istiqamətlərdən birinin ADNSU-nun milli tədqiqat universitetinə çevirmək olduğunu deyən rektor Mustafa Babanlı milli tədqiqat universiteti statusunu almaq üçün ən vacib üstünlüklərdən birinin High Performance Computing Mərkəzinin, yəni super komüterlərin istifadəsi ilə elmi tədqiqatlarının hesabatlarının çevik, operativ həyata keçirilməsinin, bunun tədris prosesinə tətbiqinin vacibliyini vurğulayıb. Digər vacib məqamlara gəldikdə rektor Mustafa Babanlı ölkənin əsas istiqamətlər üzrə müasir trendlərə uyğun Azərbaycan müəssisələrinin sifarişlərini yerinə yetirmək, onların artan tələblərinə cavab vermək  və əsas hədəfin universitet olaraq dünyaya çıxmaq olduğunu qeyd edib.
Sonra seminarın planına uyğun olaraq ADNSU-nun “Ümumi və tətbiqi riyaziyyat” kafedrasının müdiri, riyaziyyat üzrə elmlər doktoru, professor Araz Əliyev  - “Paralel alqoritmlər əsasında həll olunan məsələlər”, “Ümumi və tətbiqi riyaziyyat” kafedrasının assistenti Eviz İsmayılov - “HPC sistemlərinin xüsusiyyətləri və imkanları”, həmin kafedranın baş müəllimi Nigar İsmayılova isə “HPC sistemlərinin tətbiq sahələri” mövzusunda məruzə ilə çıxış ediblər.
Daha sonra seminar mövzu ətrafında sual-cavabla davam edib, professor Ehsan Musavi iştirakçıların mərkəzlə bağlı suallarını əhatəli cavablandırıb


Tarix: 11-01-2020, 19:58

Xəbəri paylaş