Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

ADA Universiteti: V Beynəlxalq Təhsil Konfransı təşkil ediləcək


 
 



İyunun 19-20-də ADA Universitetində bu ali məktəbin, Təhsil Nazirliyinin və ABŞ-ın ölkəmizdəki səfirliyinin birgə əməkdaşlığı ilə ADA 2020: V Beynəlxalq Təhsil Konfransı keçiriləcək.

Universitetdən AZƏRTAC-a bildirilib ki, konfrans təhsildə ən son inkişaf tendensiyalarını, bu sahədəki problemləri müzakirə etmək üçün alimləri, müstəqil tədqiqatçıları, təhsil işçilərini və tələbələri bir araya gətirəcək elmi forumdur. Konfrans iştirakçılara ən yaxşı təcrübələri əks etdirməyə, texnologiya dövründə təhsil sektorunun qarşılaşdığı ümumi problemlərin həllini araşdırmağa imkan yaradır. Tədbirdə “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında göstərilən milli strateji məqsədlər və hədəflərdən danışılacaq. Eləcə də bu sənədlərdə göstərilən məsələlərə uyğun olaraq “Məktəbəqədər təhsil və erkən yaş inkişafı”, “İbtidai və orta təhsil”, “İnklüziv və xüsusi təhsil”, “Peşə təhsili”, “Müəllim təhsili və inkişafı”, “Təhsildə İKT”, “K-12 təhsili və ali təhsil alan tələbələr”, “Ali təhsil, böyüklər və ömürboyu təhsil”, “Tədris, öyrənmə, ölçmə və qiymətləndirmə”, “Tədris infrastrukturu”, “Təhsil siyasəti və maliyyə”, “Tədqiqat və institusional inkişaf”, “Təhsildə liderlik problemləri: ən yaxşı təcrübələr, çağırışlar və təkliflər”, “Təhsilin qloballaşması və beynəlmiləlləşməsi” mövzuları üzrə panel müzakirələr keçiriləcək, tədqiqat işləri təqdim olunacaq.

Müraciətlər (xülasə və təqdimatlar) Azərbaycan, ingilis və rus dillərində yanvarın 31-dək qəbul olunur. Konfransa qeydiyyat fevralın 1-dən başlanacaq. Müsabiqədən keçmiş şəxslər fevralın 17-də məlumatlandırılacaq. Tədqiqat işləri aprelin 27-dək təqdim olunmalıdır. Konfransa qeydiyyat iyunun 5-dək davam edəcək. Tədbirdən əvvəl iyunun 17-də seminar təşkil olunacaq.


Tarix: 10-01-2020, 12:38

Xəbəri paylaş