Psixoloqların diaqnostik qiymətləndirilməsinə start verilib
Dekabrın 24-də psixoloqların bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi prosesinə start verilib. Dekabrın 28-dək davam edəcək prosesdə 2700-dək psixoloqun iştirakı nəzərdə tutulur.
Qeyd edək ki, diaqnostik qiymətləndirilmə proqram təminatı vasitəsilə test üsulu ilə həyata keçirilir. İmtahanda namizədlərə praktiki psixologiya üzrə 35, nəzəri psixologiya üzrə 25 olmaqla ümumilikdə 60 test tapşırığı təqdim olunacaq. Hər düzgün cavab 1 balla qiymətləndiriləcək.
Tarix: 24-12-2019, 14:29
Xəbəri paylaş