Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

ADNSU-da startap layihələrinin maliyyələşdirilməsinə həsr olunmuş seminar keçirilib




 Dekabrın 18-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində əcnəbi ekspertlərin iştirakı ilə startap layihələrinin maliyyələşdirilməsi mexanizmlərinə həsr olunan seminar keçirilib.
ADNSU-nun 100 illiyinə həsr olunmuş tədbirlər çərçivəsində keçirilmiş seminarda universitetin rektoru, professor Mustafa Babanlı tədbir iştirakçılarını salamlayıb, müzakirəyə çıxarılacaq mövzular barədə fikirlərini bölüşüb. O, universitetdə bütün sahələrdə kəmiyyətlə bərabər, keyfiyyətin yüksəldilməsi istiqamətində ciddi işlərin görüldüyünü bildirib. Universitetdə startap layihələri ilə məşğul olan tələbələrin fəaliyyəti barədə danışan rektor M.Babanlı qeyd edib ki, ADNSU-da yeniliklərə və yenilikçi gənclərə, innovativ ideyaları olan hər kəsə uğurlu nəticə üçün lazımi şərait yaradılıb.
Seminarın gündəliyinə uyğun olaraq Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədr müavini, ADNSU-nun Enerji istehsalı texnologiyaları kafedrasının müdiri, professor Nurəli Yusifbəyli “Azərbaycan energetikası: keçmiş və gələcək qovşağında” mövzusunda məruzə ilə çıxış edib. O, mövzü ətrafında iştirakçılara geniş məlumat verib və bu sahənin inkişafında ADNSU-nun yetişdirdiyi mütəxəssislərin rolundan danışıb.
Private Financing Advisory Networking (PFAN) Azərbaycan və Gürcüstan respublikaları üzrə koordinatoru Nikolay İlyin “PFAN veb portalı və startap layihələrinin maliyyələşdirilmə mexanizmi”, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin Texniki tənzimləmə şöbəsinin müdiri, dosent Ramiz Kəlbiyev isə “Azərbaycan Respublikası ərazisində mövcud olan geotermal enerji mənbələri” mövzusunda məruzələrlə çıxış ediblər. Sonra məruzələr ətrafında müzakirələr aparılı


Tarix: 20-12-2019, 13:32

Xəbəri paylaş