Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Peşə təmayüllü siniflərin şagirdləri Lənkəranda təcrübə səfərində




 Peşə təmayüllü siniflərin şagirdləri üçün Lənkərana təcrübə səfəri təşkil edilib. Təcrübə səfərində Masallı, Cəlilabad, Şirvan, Sabirabad, Salyan və Biləsuvar üzrə ümumilikdə 6 məktəbdən 74 şagird iştirak edib.

Səfərin təşkilində məqsəd şagirdləri potensial iş yerləri ilə tanış etmək, onlara iş prosesini tanıtmaq və ixtisaslarla bağlı real iş mühitini göstərməkdir.

Təcrübə Lənkəran Springs Wellness Resort oteldə həyata keçirilib. Şagirdlər otelin müxtəlif departamentlərində təşkil edilən təlimlərdə iştirak edib, iş prosesi ilə yaxından tanış olublar.

Qeyd edək ki,  X-XI sinif şagirdləri üçün nəzərdə tutulan peşə təmayüllü siniflərin yaradılmasında məqsəd təhsilalanların ümumi orta təhsil bazasında peşə ixtisaslarına aid səriştələrinin inkişaf etdirilməsi, onların peşələr üzrə ilkin bilik və bacarıqlarla təmin olunaraq əmək bazarına hazırlanmasının təmin edilməsidir.

Hazırda peşə təmayüllü siniflərdə ümumilikdə 420 şagird təhsil alır.


Tarix: 20-12-2019, 12:56

Xəbəri paylaş