Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Balakən rayon təhsil işçiləri ilə görüş

 



Dekabrın 16-da Balakəndə rayon təhsil şöbəsinin fəaliyyətinə dair hesabat tədbiri keçirilib.

Hesabat tədbirində Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, Balakən Rayon Təhsil Şöbəsinin rəhbərlik və kollektivi, məktəb direktorları iştirak ediblər.

Öncə qonaqlar ulu öndərin Heydər Əliyev Mərkəzinin qarşısında ucaldılmış abidəsini ziyarət edib, gül dəstələri qoyublar.

Tədbirdə Balakən Rayon Təhsil Şöbəsinin müdirinin dərs ilinin prioritet fəaliyyət istiqamətləri üzrə Təhsil Nazirliyinin müvafiq əmrlərinin icra vəziyyəti ilə əlaqədar hesabat məruzəsi dinlənilib.

Daha sonra Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva çıxış edərək hesabat barədə fikrini bildirib. Nazir müavini buraxılış imtahanlarının nəticələrinə əsaslanaraq Balakən rayonunun yerləşdiyi mövqeni müzakirə edib. Məhəbbət Vəliyeva çıxışında təhsilin inkişafı, məktəblərdə təmayül siniflərinin, həmçinin məktəbəhazırlıq qruplarının təşkili məsələlərinə toxunub. 

Çıxışının sonunda nazir müavini təhsil işçilərinə uğurlar arzulayıb.

Sonda təhsil işçilərini maraqlandıran mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Daha sonra Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva Balakəndə pedaqoji fəaliyyətə başlayan gənc müəllimlərlə görüşüb. Görüş zamanı təhsilin keyfiyyətinin yüksəldilməsi, inkişafı üçün atıla biləcək ən uğurlu addımlar müzakirə edilib.

Görüşdə tədbir iştirakçılarının təklifləri dinlənilib və suallar cavablandırılıb.

Məhəbbət Vəliyeva Nizami adına 1 nömrəli şəhər tam orta məktəbə də baş çəkib, təhsil müəssisəsində yaradılmış şəraitlə tanış olub, dərs prosesini izləyib, müəllim və şagird kollektivi ilə söhbət aparıb.


Tarix: 17-12-2019, 11:20

Xəbəri paylaş