Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Nazir müavini Məhəbbət Vəliyeva Beyləqan rayonunda

 


Dekabrın 5-də Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva Beyləqan rayonuna səfəri çərçivəsində  təhsilin vəziyyəti və tədris prosesi ilə yaxından tanış olmaq məqsədilə 8 nömrəli tam orta məktəbdə olub.

Nazir müavini məktəbin müəllimləri ilə görüşüb, eyni zamanda təhsil ocağında yaradılmış şəraitlə tanış olub və dərs prosesini izləyib. Bildirilib ki, müasir sinif otaqlarının olduğu məktəbdə təlim-tədris prosesinin yüksək səviyyədə aparılması üçün hər cür şərait yaradılıb. Məktəbdə əyani vəsaitlə təchiz olunan fənn laboratoriyaları qurulub. Xarici dil otaqlarının, kimya, fizika və biologiya üzrə fənn laboratoriyalarının olduğu məktəbdə informatika kabineti də kompüter avadanlığı ilə təchiz edilib. Məktəbin kitabxanası dərsliklər və dərs vəsaitləri ilə təmin olunaraq şagirdlərin istifadəsinə verilib. İdman zalında da müasir qurğular quraşdırılıb.

Daha sonra nazir müavini Beyləqan rayonu  I Aşıqlı kənd tam orta məktəbinə də baş çəkib. Müəllim və şagirdlərlə söhbət aparılıb, tədris prosesində interaktiv təlim metodlarından istifadənin vacibliyi və əhəmiyyəti diqqətə çatdırılıb.

Məktəb rəhbərliyi və müəllimlərlə keçirilən görüşdə məktəbin fəaliyyətinin yaxşılaşdırılması ilə bağlı məsələlər diqqətə çatdırılıb və tövsiyələr verilib. Görüş zamanı təhsilin keyfiyyətinin yüksəldilməsi, inkişafı üçün atıla biləcək ən uğurlu addımlar da müzakirə edilib.

Görüşdə iştirakçıların rəyləri dinlənilib, sualları cavablandırılıb.


Tarix: 6-12-2019, 11:08

Xəbəri paylaş