Xırdalan şəhərində vətəndaşlar qəbul ediləcək
Abşeron, Zəngilan və Şuşa rayon sakinlərinin nəzərinə!
Təhsil nazirinin müavini Firudin Qurbanov 13 dekabr 2019-cu il tarixində, saat 10:00-da Xırdalan şəhərindəki Abşeron Rayon Mədəniyyət Mərkəzində 2019-cu ilin dekabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Abşeron, Zəngilan və Şuşa rayon sakinlərini qəbul edəcək. Qəbulda Abşeron rayonunda müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edə bilərlər.
Qəbula gəlmək istəyən vətəndaşlar 5-11 dekabr (saat 18:00-dək) 2019-cu il tarixlərində Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinin 146-1 nömrəli telefonuna (“Qaynar xətt” xidməti) zəng etməklə və ya nazirliyin rəsmi saytının “Vətəndaşların qəbulu” bölməsinə daxil olmaqla (http://edu.gov.az/az/contacts/request) elektron qeydiyyatdan keçə bilərlər.
Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən aidiyyəti məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.
Tarix: 5-12-2019, 15:08