Ötən ay Təhsil Nazirliyinə daxil olmuş müraciətlərin əksəriyyəti dərhal cavablandırılıb
Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə (“Qaynar xətt” xidməti, telefon: 146) bu ilin noyabr ayında daxil olan zənglər və Vətəndaşların Qəbulu Mərkəzində vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb.
Təhsil Nazirliyindən bildiriblər ki, ötən ay həmin mərkəzlərə ümumilikdə 14 min 877 müraciət daxil olub. Statistikaya əsasən, Telefon Məlumat Mərkəzində 12 min 907 zəng qəbul edilib. Vətəndaşların Qəbulu Mərkəzində isə bu dövrdə 1970 vətəndaşa xidmət göstərilib.
Telefon Məlumat Mərkəzinə və Vətəndaşların Qəbulu Mərkəzinə daxil olmuş müraciətlərin (əsasən sorğu xarakterli olub) əksəriyyəti dərhal cavablandırılıb və operativ həll olunub. Vətəndaşların Qəbulu Mərkəzində 1196 sənəd (383 ərizə, 813 məktub) qəbul olunub və qeydiyyata alınıb.
Daxil olan müraciətlər daha çox təhsil haqqı, müəllimlərin diaqnostik qiymətləndirilməsi, şagirdlərin yerdəyişməsi və ümumi təhsil sahəsinə aid digər məsələləri əhatə edib.
Tarix: 2-12-2019, 16:57