Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Türkiyə universitetlərindən məzun olmuş azərbaycanlılar UTECA-da görüşüblər






 
 Azərbaycan Texnologiya Universitetində (UTECA) Türkiyə universitetlərindən məzun olmuş azərbaycanlılarıngörüşü keçirilib. Görüş “Türkiyə Universitetləri Məzunları" İctimai Birliyinin (TUMİB) Azərbaycan GənclərFondunun dəstəyi ilə reallaşdırdığı ““Nəsimi ili” - mədəni irsimizin təbliğində Türkiyə UniversitetləriMəzunlarının rolu, II Bakı Forumu” layihəsininin icrası çərçivəsində baş tutub.Hər iki dövlətin himninin səslənməsi ilə start götürən tədbirdə Azərbaycan Texnologiya, Gəncə Dövlətuniversitetlərinin professor və müəllim heyəti, eləcə də Türkiyədə təhsil almış azərbaycanlıməzunlar iştirak ediblər. Tədbiri giriş sözü ilə açan UTECA-nın tədris işləri üzrə prorektoru Vüqarİsmayılov Azərbaycan Texnologiya Universitetinin “Nəsimi ili” ilə bağlı bir sıra tədbirlərə ev sahibliyi etdiyinibildirərək Türkiyə univeritetlərinin azərbaycanlı məzunlarının, eləcə də digər gənclərin mədəni irsimizintəbliğində rolundan danışıb.“Türkiyə Universitetləri Məzunları" İctimai Birliyinin sədri Çingiz Bayramov isə bildirib ki, bu günə qədər 400nəfərdən çox Türkiyənin müxtəlif universitetlərində təhsil almış məzunları ətrafına toplayan qurumunyarandığı gündən əsas məqsədi bu məzunlar arasında əlaqələr yaratmaq və əməkdaşlığın inkişafetdirilməsinə nail olmaqdır. Bu amalla artıq ikinci ildir ki, Bakıda Türkiyə Universitetləri Məzunlarınınroluna həsr olunan forum planlaşdırılır. 6 dekabra təsadüf edəcək forum Bakı Kongres Mərkəzindəbaş tutacaq. Tədbirdə Türkiyə Universitetlərindən məzun olan Azərbaycan vətəndaşları Nəsimiyaradıcılığı və mədəni irsimizin təbliği ilə bağlı bir araya gələcək, panellər vasitəsilə gələcəkhədəflər müzakirə ediləcək, eyni zamanda layihə çərçivəsində Sumqayıt şəhərində də yerligənclərlə görüşlər keçiriləcək.Diskusiya zəminində keçən görüşdə digər çıxış edənlər Nəsimi irsindən söz açıb, Nəsimi ideyalarınınmüasirliyi, elmdə rolundan danışıblar


Tarix: 29-11-2019, 13:46

Xəbəri paylaş