Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

“Nəsiminin fəlsəfəsi və ümumbəşəri dəyərlər”

 
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fəlsəfə İnstitutu tərəfindən “Nəsiminin fəlsəfəsi və ümumbəşəri dəyərlər” kitabı çap olunub.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, əsərdə Fəlsəfə İnstitutunun əməkdaşlarının, eləcə də ölkəmizin və bir sıra xarici tədqiqatçıların Nəsiminin fəlsəfi irsinin müxtəlif çalarlarını və xarakterik cəhətlərini tədqiq edən məqalələri yer alıb.
“Elm və təhsil” nəşriyyatında işıq üzü görən kitabın "Ön söz"ünün müəllifi AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, elmi redaktorları isə fəlsəfə üzrə elmlər doktoru, professor İlham Məmmədzadə, AMEA-nın müxbir üzvü Könül Bünyadzadə və tarix üzrə elmlər doktoru Eynulla Mədətlidir.
Vəsaitdə qeyd olunur ki, Prezident İlham Əliyevin İmadəddin Nəsiminin 650 illiyi və 2019-cu ilin “Nəsimi ili” adlandırılması barədə sərəncamları böyük şairin və filosofun ədəbi-fəlsəfi irsinin həm ölkəmizdə, həm də xaricdə daha dərindən öyrənilməsinə və tanıdılmasına yeni imkanlar yaradır.


Tarix: 22-11-2019, 15:32

Xəbəri paylaş