Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Bakı Slavyan Universitetində Dövlət Bayrağı Günü qeyd olunub

 Bakı Slavyan Universitetinin (BSU) Azərbaycan filologiyası fakültəsinin təşkilatçılığı ilə 9 noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününə həsr edilmiş “Bir dəfə yüksələn bayraq bir daha enməz!” adlı tədbir keçirilib.
BSU-dan bildirilib ki, tədbirdə tələbələrin Dövlət Bayrağı Gününə həsr etdikləri rəsmlər nümayiş olunub.
Fakültənin dekanı, professor Eldar Piriyev dövlət rəmzlərinin Azərbaycanın müstəqilliyini təcəssüm etdirdiyini, üçrəngli bayrağın yenilməzlik, ucalıq rəmzi olduğunu vurğulayıb.
Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının BSU ərazi ilk partiya təşkilatının sədri, dosent Sevinc Axundova çıxışında bayraq sözünün etimologiyası, ulu öndər Heydər Əliyevin dövlət bayrağı uğrunda apardığı siyasət, Azərbaycan bayrağının bu günə qədər keçdiyi tarixi yol haqqında qısa məlumat verib. O, Aprel döyüşlərinin dövlətimizin və ordumuzun gücünün, xalqımızın birliyinin, həmrəyliyinin və vətənpərvərliyinin bariz nümunəsi olmasını qeyd edib.
Tədbirdə çıxış edən Azərbaycan dilinin tədrisi metodikası kafedrasının müəllimi Rəna Əliyeva bayrağımızın xalqımızın fəxr və qürur mənbəyi olduğunu bildirib.
Azərbaycan filologiyası fakültəsinin tələbəsi Sənəm Fərhadlı Azərbaycan bayrağının tarixindən danışıb, hər bir azərbaycanlının öz bayrağının tarixini bilməsinin zəruri olduğunu vurğulayıb. Aprel döyüşlərinin iştirakçısı, tələbə Elvin Həşimov cəbhə xatirələrini bölüşərək, Azərbaycanın üçrəngli bayrağının Lələtəpəyə sancılmasının canlı şahidi olmasından iftixar hissi ilə danışıb.
Sonra tələbələrdən Elxan Həsənov, Sadəgül Baloğlanova, Nərgiz Ağasoy və Elnar Həsənli bayrağa həsr olunmuş şeirlərdən ibarət kompozisiya təqdim ediblər.
Tədbir Dövlət Bayrağı Gününə həsr edilmiş videoçarxın nümayişi ilə başa çatıb.


Tarix: 8-11-2019, 13:17

Xəbəri paylaş