Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində Məzun günü keçirilmişdir

 
    Dəmir Yolu və Metropoliten üzrə  Bakı Dövlət Peşə Təhsil mərkəzində  28.06.2019-cu il tarixində  “Məzun günü” qeyd edilmişdir.
    Tədbiri Peşə Təhsil mərkəzinin direktoru, pedaqoji elmlər doktoru  Həsən Bayramov  açıq elan etdi.O, respublikamızın, təhsilimizin nəaliyyətlərindən danışaraq, məzunları təbrik etdi, onlara uğurlar arzuladı. H Bayramov ölkəmizdə peşə təhsili sahəsində aparılan islahatların ardıcıllığına toxundu, tələbə- müəllimlərin təqaüdlərinin, maaşlarının artırılması ilə bağlı həyata keçirilən sosial siyasətin əhəmiyyətindən danışaraq, tədris ilinin nəticələri haqqında məlumat verdi və qeyd etdi ki, bu il liseyimizi 435 tələbə bitirir. Onlardan 152 nəfər əsas təhsil bazasından, 284 nəfər isə orta təhsil bazasından  müxtəlif ixtisaslar üzrə mərkəzi müvəffəqiyyətlə başa vurmuşlar. Məzunlara axırda  liseydə qazandıqları biliklərdən peşə sahəsində səmərəli istifadə etmələrini tövsiyə etdi.
   Tədbirdə işə götürən təşkilatın nümayəndəsi,  Azərbaycan Dəmir Yolları QSC-nin məsul işçisi Mikayıl Qurbanov, liseyin əməkdar müəllimi Esmira Rəhimova,ixtisas fənn müəllimi Əvəz Əsgərov, valideynlərdən Validə Əliyeva, İslam Nadirov  çıxış edərək müəllim və tələbələrə uğurlar arzuladılar.
Tədbiri mərkəzin direktoru H.Bayramov yekunlaşdırdı və tədbir  tələbələrin hazırladığı konsert şənliyi ilə başa çatdı.
   
    Tərbiyə işləti üzrə direktor müavini
    Aybəniz Məmmədova


Tarix: 28-06-2019, 15:22

Xəbəri paylaş