Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

AzTU ilə Rusiya ali təhsil müəssisələri arasında əməkdaşlıq genişlənir

 
Mayın 27-də Rusiya Federasiyasının Qafqaz Federal Universitetinin Naberejnıçelni İnstitutunun direktoru, professor Mahmud Qəniyev və direktor müavini Marat Umarov Azərbaycan Texniki Universitetində (AzTU) olublar.
Qonaqları qəbul edən AzTU-nun rektor əvəzi, professor Xalıq Yahudov Azərbaycanda texniki sahənin inkişafının prioritet istiqamət olduğunu bildirib. Rektor əvəzi Azərbaycanla Rusiya ali təhsil müəssisələri arasında mövcud olan əməkdaşlıq əlaqələrinə diqqət çəkərək, bu əlaqələrin ikili və çoxtərəfli əməkdaşlıqlar yolu ilə gələcəkdə daha da inkişaf etdiriləcəyinə əminliyini bildirib. AzTU-nun tarixi, elmi potensialı, beynəlxalq əməkdaşlıq proqramları, fakültələri və ixtisasları haqqında qonaqlara geniş məlumat verən rektor əvəzi qeyd edib ki, Azərbaycanda sənayenin bəzi sahələri üçün yalnız AzTU-da kadr hazırlığı həyata keçirilir.
Naberejnıçelni İnstitutunun direktoru, professor Mahmud Qəniyev də çıxışında qarşılıqlı əlaqələrdən məmnun olduğunu bildirib. Azərbaycanın texniki ali təhsil sahəsində flaqman universiteti — Azərbaycan Texniki Universitetində olmaqdan məmnunluğunu bildirən direktor Naberejnıçelni İnstitutu haqqında və mümkün əməkdaşlıq sahələrindən danışıb. İnstitutda həyata keçirilən tədris prosesi, elmi-tədqiqat işləri, həmçinin kadr hazırlığının istiqamətləri haqqında ətraflı məlumat verən Mahmud Qəniyev qeyd edib ki, təmsil etdiyi İnstitutun dünyanın bir çox ölkəsinin universitetləri və birbaşa olaraq nüfuzlu elmi-tədqiqat institutları ilə səmərəli əməkdaşlıq əlaqələri mövcuddur.
Görüşdən sonra AzTU-nun Heydər Əliyev Mərkəzində Azərbaycan Texniki Universiteti ilə Naberejnıçelni İnstitutu arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Müqavilədə elmi-tədqiqat işlərinin, elmi-metodiki konfransların, seminarların və simpoziumların birgə təşkili, müəllim-tələbə, magistr, doktorantların mübadiləsi və müxtəlif fakültələrin, kafedraların qarşılıqlı əlaqələrinin yaradılması kimi məsələlər nəzərdə tutulub.


Tarix: 29-05-2019, 10:34

Xəbəri paylaş