AzTU beynəlxalq əlaqələri genişləndirir
Rusiya Federasiyasının Rostov şəhərində yerləşən Menecment, Biznes və Hüquq İnstitutunun direktoru və təsisçisi, professor İmran Əkbərov Azərbaycan Texniki Universitetində (AzTU) olub.
Qonağı qəbul edən AzTU-nun rektor əvəzi, professor Xalıq Yahudov universitetin tarixi, beynəlxalq əlaqələri, fakültələri haqqında ətraflı məlumat verib və Menecment, Biznes və Hüquq İnstitutu ilə əməkdaşlıqdan məmnun olduğunu bildirib.
Danışıqlarda əsasən nəqliyyat sahəsi üzrə yerinə yetirilən birgə layihələr haqqında fikir mübadiləsi aparılıb. Eyni zamanda təhsil, müəllim-tələbə mübadiləsi, elmi-tədqiqat işlərinin qarşılıqlı təşkili və s. məsələlər haqqında geniş fikir mübadiləsi aparılıb.
Görüşdə əməkdaşlıq müqaviləsinin şərtləri müzakirə edilərək ilkin razılıq əldə edilib.
Tarix: 24-05-2019, 12:51