Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

AzTU-da “Çin dili körpüsü” beynəlxalq müsabiqəsinin seçim və Azərbaycan üzrə 5-ci final mərhələsi keçirilib

 
Azərbaycan Texniki Universitetində (AzTU) 18-ci dünya “Çin dili körpüsü” beynəlxalq müsabiqəsinin seçim və Azərbaycan üzrə 5-ci final mərhələsi keçirilib.
Müsabiqədən əvvəl Çin Xalq Respublikasının Azərbaycandakı səfirliyinin nümayəndələri- Wang Chungang və Gjan Han AzTU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, professor Sübhan Namazovla görüşüblər. Görüşdə Azərbaycan və Çin arasındakı dostluq münasibətlərindən danışılıb və prorektor qonaqlara AzTU haqqında ətraflı məlumat verib. AzTU və Çin universitetləri arasındakı mövcud əməkdaşlığın genişləndirildiyini bildirən prorektor, universitetdə Çin dili kurslarının təşkil edildiyini vurğulayıb.
Daha sonra “Çin dili körpüsü” beynəlxalq müsabiqəsinin final mərhələsi başlayıb. Müsabiqəni  professor Sübhan Namazov açaraq yarışmanın əhəmiyyətindən danışıb. İştirakçılarına uğurlar arzulayan prorektor qeyd edib ki, müsabiqənin əsas məqsədi Azərbaycan gəncləri arasında Çin dilinə marağın artırılmasıdır.  
Çinin Azərbaycandakı səfirliyinin səlahiyyətli nümayəndəsi Wang Chungang Azərbaycanla Çin arasındakı çoxşaxəli əlaqələrdən danışaraq, müsabiqənin əhəmiyyətinə diqqət çəkib: “Yeni İpək Yolu Çin və Azərbaycan xalqları arasında daha sıx əlaqələrin qurulmasında böyük rol oynayır. “Çin dili körpüsü” müsabiqəsinin də Azərbaycan ilə Çin arasında möhkəm körpüyə çevrilməsini arzulayıram”.
Sonra müsabiqə keçirilib, qaliblər münsiflər tərəfindən müəyyənləşdirilib. I, II, III, IV yerin sahiblərinə sertifikatlar və hədiyyələr təqdim olunub.


Tarix: 17-05-2019, 11:53

Xəbəri paylaş