Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

AzTU-da İİV/QİÇS-infeksiyası ilə bağlı profilaktik aksiya keçirilib

 
Mayın 14-də Azərbaycan Respublikası Səhiyyə Nazirliyi QİÇS-lə Mübarizə Mərkəzinin həkimləri tərəfindən Azərbaycan Texniki Universitetində (AzTU) İİV/QİÇS-infeksiyası ilə bağlı profilaktik aksiya keçirilib.
Əvvəlcə tələbələrə İİV/QİÇS-infeksiyası haqqında geniş məlumat verilib. Qeyd olunub ki, AzTU tələbələri hər il QİÇS-lə bağlı müayinəyə cəlb olunurlar.
Səhiyyə Nazirliyi QİÇS-lə Mübarizə Mərkəzinin nümayəndələri bildiriblər ki, İİV-İnsanın İmmunçatışmazlığı Virusudur. Bu virus insanın müxtəlif infeksiyalara müqavimətini təmin edən immun sistemini mərhələlərlə zədələyərək, sonda tamamilə onu sıradan çıxarır və nəticədə Qazanılmış İmmunçatışmazlığı Sindromu (QİÇS) əmələ gəlir. İİV-infeksiyasının ilk əlamətləri yarananadək bir neçə il keçə bilər. Bu müddət ərzində İİV-infeksiyasına yoluxmuş insan bilmədən başqalarını da yoluxdura bilər.
Daha sonra tələbələr könüllü və anonim qaydada testdən keçiblər. Müayinə nəticələrinə görə AzTU-da QİÇS-ə yoluxma halı aşkar olunmayıb.QİÇS-lə Mübarizə Mərkəzinin həkimləri tələbələrə QİÇS-lə bağlı məsləhətlər verib və onlara xəstəliyin profilaktikası barədə maarifləndirici məlumat materiallarını təqdim ediblər.


Tarix: 17-05-2019, 10:45

Xəbəri paylaş