Bakıda “Azərbaycan və Türkiyə universitetləri: təhsil, elm, texnologiya” I beynəlxalq elmi-praktik konfransı keçiriləcək
Mayın 13-də Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Bakı ofisinin rəhbəri Teoman Tiryaki və Türkiyənin Azərbaycandakı səfirliyinin təhsil müşaviri Mahmud Ağırman Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru vəzifəsini icra edən professor Xalıq Yahudovla görüşüblər.
Görüşdə 2019-cu ilin dekabrına planlaşdırılan “Azərbaycan və Türkiyə universitetləri: təhsil, elm, texnologiya” I beynəlxalq elmi-praktik konfransın yüksək səviyyədə keçirilməsi üçün görüləcək işlər müzakirə olunub.
Qeyd edilib ki, konfrans Azərbaycan və Türkiyə universitetləri arasında əlaqələrin genişləndirilməsi məqsədilə təşkil olunur.
Konfrans Təhsil Nazirliyi, Azərbaycan Texniki Universiteti, Türkiyə Respublikası Ali Təhsil Şurası və TİKA-nın təşkilatçılığı ilə AzTU-da keçiriləcək.
Görüşdə həmçinin TİKA və AzTU arasında əməkdaşlıq perspektivləri müzakirə edilib.
Azərbaycan Texniki Universitetinin İctimaiyyətlə əlaqələr şöbəsi
Tarix: 15-05-2019, 10:50