Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Bakı şəhər icra hakimiyyətində “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda elmi-praktik konfrans

 
Mayın 6-da Bakı Şəhər İcra Hakimiyyəti və Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə birgə şəhər məktəbliləri arasında ümummilli lider Heydər Əliyevin doğum gününə həsr olunan “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda referat müsabiqəsinin yekunu ilə bağlı elmi-praktik konfrans keçirildi.
İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni oxundu.  
Elmi-paktik konfrans Bakının Səbail rayonunun 6 nömrəli orta məktəb-liseyin VIII sinif şagirdləri Aydan İsayeva və İlham Kərimli tərəfindən açıq elan edildi. Konfransda ümummilli lider Heydər Əliyevin mənalı ömür yolundan, həyat və fəaliyyətindən bəhs edən film nümayiş olundu.               Tədbirdə qeyd olundu ki, elmi-praktik konfransın əsas məqsədi orta məktəb şagirdləri arasında tariximizə, mədəniyyətimizə, keçmişimizə və tarixi şəxsiyyətlərimizə, milli-mənəvi dəyərlərimizə diqqət və marağı artırmaq, şagirdlərə elmi araşdırma və tədqiqat aparmaq, tarixi faktları təhlil edib, müəyyən nəticəyə gələ bilmək bacarığını aşılamaqdır. Bu istiqamətdə “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda referat müsabiqəsinin keçirilməsi və yekunu olaraq elmi-praktik konfrans böyük əhəmiyyət kəsb edir.                                                                                   Elmi-praktik konfransda Bakının rayonları üzrə mövzu əhatəliyinə görə seçilmiş referat işlərin müəllifləri çıxış etdi. Həmin şagirdlərdən - Qorxmaz Məmmədzadə “Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlməsi”, Şəbnəm Feyzili “Şirvanşahlar dövləti və I İbrahim”, Vəsilə Mahmudova “Azərbaycanda siyasi partiya və təşkilatların yaranması - Difai”, Zəhraxanım Məmmədova “XX əsrin əvvəllərində ermənilərin azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasəti”, Ayla Atakişiyeva “Azərbaycan Xalq Cümhuriyyəti və onun xarici siyasəti”, Səba Ağayeva “İlham Əliyev və Silahlı Qüvvələr”, Aygün Hüseynova “Azərbaycan xalqının Böyük Vətən müharibəsində rolu”, Hasil Qubatov “Qarabağın tarixi abidələri”, Səma Əliyeva “Ermənilərin Azərbaycan torpaqlarına təcavüzü – Xocalı soyqırımı”, Gülşən Yusibzadə “Dinlərin tarixi”, Abdulsübhan Nəcəfli “İlham Əliyev və onun xarici siyasəti”, Yunis Quliyev “İlham Əliyev – müasir Azərbaycan” mövzusunda yazdıqları referat işi haqqında danışdılar.
Konfransda çıxış edən Bakı Şəhər İcra Hakimiyyəti Başçısı aparatının İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov, Azərbaycan Respublikası Təhsil Nazirliyinin şöbə müdiri Aydın Əhmədov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Rəşad Tağıyev şagirdlərin hazırladıqları referatları yüksək dəyərləndirərək, Azərbaycanın siyasi və dövlət xadimi Heydər Əliyevin xüsusən ana dilimizin, tariximizin öyrənilməsi ilə yanaşı mədəniyyətimizə, milli-mənəvi dəyərlərimizə olan qaygısını və müstəqil Azərbaycanın memarı Heydər Əliyevin davamçısı olan Prezident İlham Əliyevin Azərbaycanın inkişafı və tərəqqisi naminə həyata keçirdiyi işləri və əldə olunan uğurları diqqətə çatdırdılar.
Həmin gün konfransa Bakı şəhərinin rayon icra hakimiyyətlərinin İctimai-siyasi və humanitar məsələlər şöbələrinin müdirləri, müsabiqənin qalibi olmuş 60 məktəbli, qalib gəlmiş məktəblilərin elmi rəhbərləri və çıxış edən şagirdlərin direktorları da dəvət olunmuşdu.
Konftansın sonunda qeyd olundu ki, müsabiqəyə təqdim olunan 1116 şagirdin hazırladığı 60 referat işi komissiya tərəfindən seçilərək, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən nəşr olunacaq “Heydər Əliyev və Azərbaycan tarixi” adlı kitaba daxil ediləcəkdir.
                                                     
Təranə Cəbiyeva


Tarix: 10-05-2019, 11:33

Xəbəri paylaş