Sürətli əlaqələndirmə və layihələrin idarəetmə sisteminə daxil olan e-vətəndaş proqramının təqdimatı keçirilib
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası yeni brendi olan “SƏLİS”-in (Sürətli Əlaqələndirmə və Layihələrin İdarəetmə Sistemi) e-vətəndaş proqramının Gəncə Dövlət Universitetində (GDU) təqdimatını keçirib.
Rektorun müşaviri Asif Cavadov Şuranın yeni innovativ xidmətinin ilk təqdimatının məhz GDU-da keçirilməsini yüksək qiymətləndirib, məmnunluğunu ifadə edib. Asif Cavadov Şuranın fəaliyyət göstərdiyi 10 ildən çox müddət ərzində hər zaman şəffaflıq, aşkarlıq və hesabatlılıq prinsiplərini yüksək tutaraq QHT-lərə, Vətəndaş Cəmiyyətinə, dövlətə, xalqa xidmət etdiklərini bildirib. O, əlavə edib ki, yeni elektron xidmətlər məhz həmin prinsiplərin daha aydın, səlis və dəqiq tətbiqini özündə ehtiva edir və bu, vətəndaşlara, QHT-lərə 7/24 formatlı yeni xidmət formasdır. Çıxışın sonunda Asif Cavadov tələbələri bu xidmətdən yararlanmağa, bununla da ölkənin ictimai-siyasi həyatında fəal olmağa çağırıb.
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Katibliyinin icraçı direktoru Fərasət Qurbanov universitet rəhbərliyinə yaradılan şəraitə görə təşəkkür edib.
Katibliyin icraçı direktoru çıxışında Şuranın yaranması zərurəti, Prezident İlham Əliyevin bu yöndə irəli sürdüyü dövlət siyasətinin əsas prinsipləri, dövlət qurumlarında şəffaflıq, aşkarlıq və əlçatanlığın hər zaman bərqərar olması üçün atılan addımlardan danışıb və Şuranın fəaliyyət göstərdiyi müddət ərzində bu prinsiplərin hər zaman ali tutulduğunu qeyd edib.
Fərasət Qurbanov tədbir iştirakçılarının diqqətinə çatdırıb ki, Şura yaranana qədər xarici donor təşkilatlar Azərbaycanın milli məsələləri, milli maraqlarına yönəlik addımları, Dağlq Qarabağ, qaçqın və məcburi köçkün probemləri ilə bağlı layihələri maliyyəşdirməyiblər. Bu tendensiyaya yalnız milli donor instititu formalaşandan sonra son qoyulub. F.Qurbanov QHT-lərə, vətəndaşlara, Vətəndaş Cəmiyyətinə fasiləsiz xidmət edən, QHT layihələrinin maliyyələşdirilməsi, hesabatlılıq, apelyasiya müracətləri və digər (ümumilikdə 20 xidmət) elektronlaşdıraraq izafi vaxt və maddi itkiləri aradan qaldıran innovativ, müasir və çevik SƏLİS Xidmət haqda danışıb. F.Qurbanov qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ilk dəfə olaraq 2019-cu il dördüncü qrant müsabiqəsi çərçivəsində ölkənin bütün vətəndaşlarını QHT layihələrinin maliyyələşdirilməsi ilə bağlı qiymətləndirməyə dəvət edir. Bu məqsədlə Şuranın yeni brendi SƏLİS-ə daxil olan e-vətəndaş proqramının ictimaiyyətə təqdimatına başlanıb. Tədbirin ölkənin qərb regionunda ən böyük universitetində keçirilməsinin məqsədi olaraq QHT sektorunun uzun müddət xidmətində dayancaq bu xidmətin işində GDU-nun tələbə və müəllimlərinin Vətəndaş olaraq da iştirakına dəvət etməkdir. Sonra SƏLİS Xidmətə daxil olan e-vətəndaş xidməti, vətəndaşların istifadə qaydaları, verəcəyi səmərə barədə hazırlanmış təlimat xarakterli video-çarx nümyiş olunub. Video-çarxın nümayişindən sonra Şuranın “e-vətəndaş proqramından istifadə qaydaları izah edilib.
Sonda tələbələri maraqlandıran suallar cavablandırlıb.
Tarix: 8-05-2019, 10:46