Beynəlxalq olimpiadadan növbəti uğur
21-27 aprel 2019-cu il tarixlərində Rusiyanın Sankt-Peterburq şəhərində məktəblilərin 53-cü Beynəlxalq Mendeleyev Kimya Olimpiadası (IMChO) keçirilib.
28 ölkədən 152 nəfərin iştirak etdiyi olimpiadaya Azərbaycan məktəbliləri də qatılıblar. 5 nəfərdən ibarət komanda ilə olimpiadada iştirak edən məktəblilərimiz uğurla çıxış ediblər. Belə ki, Təhsil Nazirliyinin tabeliyindəki Kimya-biologiya təmayüllü liseyin XI sinif şagirdi Əli Əliyev bürünc medala layiq görülüb.
Qeyd edək ki, 3 turdan ibarət olan olimpiadada şagirdlərə qeyri-üzvi, üzvi, analitik və fiziki kimyanı əhatə edən suallar təqdim edilib.
Tarix: 29-04-2019, 13:21
Xəbəri paylaş