Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Beynəlxalq kitab və müəlliflik hüququ günü Naxçıvan Müəllimlər İnstitutunda qeyd edilmişdir

                        

          Mütaliəyə marağın artması, kitabxana-oxucu əlaqələrinin genişlənməsi, kitab müzakirələrinin keçirilməsi, mütaliənin sevdirilməsi kitabxanaların qarşısında duran əsas vəzifələrdən biridir.
Gənclərin fəal mütaliəyə cəlb olunması, mütaliə mədəniyyətinin formalaşdırılması məqsədilə NMİ-nun kitabxanası müntəzəm olaraq silsilə tədbirlər keçirir.
   Belə tədbirlərdən biri  də 23 aprel 2019-cu il tarixdə keçirilmiş “23 aprel – Beynəlxalq Kitab və Müəlliflik Hüququ günu” adlı dəyirmi masadır.
Tədbiri giriş sözü ilə Naxçıvan Müəllimlər İnstitutunun rektoru Elbrus İsayev açaraq, tədbir iştirakçılarını  bayram münasibəti ilə təbrik etmiş, “23 aprel – Beynəlxalq Kitab və Müəlliflik Hüququ günu” haqqında və kitabın insan həyatındakı əhəmiyyəti  barədə geniş məlumat vermişdir. Sonra NMİ-nin kitabxana müdiri Şəfayət Sadiqova “23 aprel – Beynəlxalq Kitab və Müəlliflik Hüququ günu”nün yaranma tarix ivə səbəbləri, sonra NMİ-nin “Məktəb” nəşriyyatının direktoru Nicat Yaqubov “Müəllif hüquqlarının mahiyyəti və əhəmiyyəti”  haqqında geniş məlumat vermişlər. Sonda oxunması zəruri olan kitablardan Amerika yazıçısı Cek Londonun “Həyat eşqi” hekayəsinin müzakirəsi keçirilmişdir.
         Dəyirmi  masa tələbələrin fəal iştirakı ilə diskusiya şəklində davam etmişdir.
 
Naxçıvan Müəllimlər İnstitutunun 
mətbuat və ictimaiyyətlə əlaqələr  xidməti
 


Tarix: 24-04-2019, 11:10

Xəbəri paylaş