Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Naxçıvan Müəllimlər İnstitutunda “İnnovasiya laboratoriyası (InnoLab)”nın açılışı və “İdeya bankı”nın təqdimatı olmuşdur

 
     Naxçıvan Müəllimlər İnstitutunda  23 aprel  2019-cu il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinin rəhbərliyi ilə 15 aprel 2019-cu il tarixdə  keçirilmiş “Naxçıvan Muxtar Respublikasında ali və orta ixtisas təhsil müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinin vəziyyəti və innovasiyaların dəstəklənməsi barədə”    müşavirədən  irəli gələn vəzifələrə həsr olunmuş tədbir keçirilmişdir.
    Tədbiri giriş sözü ilə İnstitutun  rektoru Elbrus İsayev açaraq tədbir iştirakçılarını salamladıqdan sonra keçirilmiş müşavirə haqqında geniş məlumat verərək qarşıda duran vəzifələrdən danışmışdır. O, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinin məruzəsindən “Naxçıvan Muxtar Respublikasında son illərdə təhsilin davamlı inkişafını təmin edən sərəncamların qəbul edilməsi, güclü təhsil infrastrukturun, maddi-texniki bazanın yaradılması, yüksəkixtisaslı kadr hazırlığını təmin edən dövlət proqramlarının, layihələrin uğurlu tətbiqi təhsilin beynəlxalq standartlar səviyyəsinə uyğunlaşmasına təkan verir”  ifadəsini diqqətə çatdıraraq İnstitutda yaradılmış şəraitdən , maddi-texniki bazanın hazırkı yüksək səviyyəsindən danışmışdır. ”Startap Naxçıvan” hərəkatına  İnstitutun uğurla qoşulması üçün kollektivi səfərbərliyə dəvət etmişdir. O, qeyd etmişdir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclis Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 2019-cu il 3 aprel tarixli Sərəncamından irəli gələrək Naxçıvan Müəllimlər İnstitutunda İnnovasiya laboratoriyası (İnnoLab) yaradılmışdır. Bu laboratoriya institutumuzda tələbələrin Startapla  bağlı biliklərinin formalaşması, biznes layihə və planlarının qurulması, bu layihələrin təqdimatı ilə bağlı maarifləndirici treninqlərin keçirilməsini təmin edir, tələbələrin və müəllimlərin innovativ təkliflərinin həyata keçirilməsinə, bu layihələrin informasiya texnoloji təminat mühitinin yaradılmasına, İnternetdə bu layihələrin müzakirə olunmasına köməklik göstərir.  İnstitutumuz pedaqoji profilli olduğu üçün pedaqoji layihələrə daha çox üstünlük verilir və Naxçıvan Müəllimlər İnstitutunun internet saytında da startap layihələrin qəbulu ilə bağlı “İdeya Bankı” yaradılmışdır. “İdeya bankı”na innovativ pedaqoji layihələri olan istənilən şəxs müraciət edə bilər. Bu layihələr institutumuzun innovativ layihələrlə bağlı ekspert şurasında müzakirə və təhlil edilərək dəyərləndiriləcəkdir. Gələcəkdə institutumuzda  İnnovasiyalarla bağlı web səhifə yaratmağı düşünürük. Bu səhifədə institutumuz tərəfindən irəli sürülən startap layihələrini müzakirəyə cıxaracağıq.
     Elbrus İsayev  İnstitutda İnnovasiya  laboratoriyası (InnoLab)  ilə yanaşı, ideyaların təhlili və istiqamətləndirilməsi üçün ekspert qrupunun yaradılması haqqında məlumat verdi. Qeyd etdi ki, Naxçıvan Muxtar Respublikası Ali Məclis Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 2019-cu il 3 aprel tarixli Sərəncamından və 15 aprel 2019-cu il tarixində “Naxçıvan Muxtar Respublikasında ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinin vəziyyəti və innovasiyaların dəstəklənməsi barədə” keçirilmiş müşavirədə verdiyi tapşırıqlardan irəli gələrək təhsil sahəsində innovativ ideyaların, yaradıcı layihələrin hazırlanmasında, innovasiya mühitinin formalaşmasında əlimizdən gələni əsirgəməyəciyik.
     Tədbirdə yeni yaradılmış İnnovasiya laboratoriyası üzrə məsul şəxs Səminə Rüstəmova “İnnovasiya laboratoriyasının (InnoLab) məqsəd və vəzifələrindən”, baş müəllim Çapay Quliyev “Startap hərakatı çərçivəsində ideyadan biznesə layihəsinin mahiyyəti və əhəmiyyəti”, III kurs tələbəsi Ruhid İslamlı “İdeyadan biznesə layihəsinn tələbə gənclərin gələcək inkişafında əhəmiyyəti” mövzularında çıxışlar etmişlər.
   Sonda tədbir iştirakçıları İnnovasiya laboratoriyasının açılışında içtirak etmiş, “İdeya bankı”nın təqdimatı olmuşdur.


Tarix: 24-04-2019, 10:57

Xəbəri paylaş