Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

AzTU-da “Azərbaycanın nəqliyyatı: nailiyyətlər, problemlər və perspektivlər” mövzusunda Respublika Elmi konfransının açılış mərasimi keçirilib

 

  Aprelin 16-da Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Texniki Universiteti, Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin birgə təşkilatçılığı ilə Azərbaycan Texniki Universitetində (AzTU) “Azərbaycanın nəqliyyatı: nailiyyətlər, problemlər və perspektivlər” mövzusunda Respublika Elmi konfransının  açılış mərasimi  keçirilib.
Konfransın plenar iclası iştirakçıların Ulu öndər Heydər Əliyevin xatirəsinə universitetdə ucaldılmış büstün önünə gül dəstələrinin qoyulması və Azərbaycan Respublikası Dövlət himnin səsləndirilməsi ilə başlayıb.
Plenar iclası giriş sözü ilə açan AzTU-nun rektor əvəzi, professor Xalıq Yahudov konfransın əhəmiyətindən danışıb. Rektor ölkə iqtisadiyyatının infrastruktur sahələri olan enerji, rabitə, təhsil, səhiyyə ilə yanaşı, nəqliyyatın cəmiyyətin həyat fəaliyyətinin ilkin tələbatını təmin etməklə sosial, iqtisadi, xarici siyasət və digər dövlət prioritetlərinə nail olmaq üçün mühüm rol oynadığını bildirib.
Konfransda iştirak edən DANX-ın rəisi Həbib Həsənov Azərbaycan nəqliyyat sisteminin son nailiyyətlərindən və aktual problemlərindən söz açıb.
Digər çıxış edənlər bu konfransda Azərbaycanın nəqliyyat sisteminin inkişaf perspektivlərini müəyyənləşdirmək və bu sahədə aparılan elmi-tədqiqat işlərini ümumiləşdiriləcəyini bildiriblər.
Açlış mərasimində ictimai xadimlər, Azərbaycanın nəqliyyat, elmi-tədqiqat və ali təhsil müəssisələrinin, dövlət orqanlarının, biznes strukturlarının, qeyri-hökümət təşkilatlarının, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.
  Konfras 5 bölmə üzrə davam edərək, aprelin 17-də öz işini yekunlaşdıracaq.


Tarix: 17-04-2019, 11:20

Xəbəri paylaş