Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

BDU Türkiyə Universitetləri ilə əlaqələri genişləndirir

 
   
  Türkiyə Respublikasının ölkəmizdəki səfiri Erkan Özoral Bakı Dövlət Universitetində olub. Səfiri universitetdə görməkdən məmnun olduğunu bildirən rektor Elçin Babayev BDU-nun təhsil, elm, innovasiya, sosial həyatı və beynəlxalq əlaqələri barədə yeni hədəflərindən danışıb, bu istiqamətdə Türkiyə universitetləri və digər qurumları ilə əməkdaşlığa xüsusi önəm verdiyini bildirib.  
  Səfir Erkan Özoral, öz növbəsində, universitetlər arasında elm-təhsil sahəsində həyata keçirilən layihələrin, tələbə-müəllim mübadiləsinin vacibliyini qeyd edib, əlaqələrin daha da intensivləşməsinə ehtiyac olduğunu vurğulayıb və səfirliyin bütün bu məsələlərə dəstək olacağını bildirib.  
  Görüşdə Mövlanə mübadilə proqramı, ikili diplom, birgə proqram, qrant və startaplar, qarşılıqlı tanışlıq, təcrübə mübadiləsi, Türkiyə festivalının keçirilməsi kimi məsələlər də müzakirə edilib.
   
  BDU-nun Mətbuat və informasiya şöbəsi 
 


Tarix: 17-04-2019, 11:17

Xəbəri paylaş