Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

ADNSU-nun nümayəndə heyəti Heydər Əliyev adına NEZ-də təcrübə keçən tələbələrlə görüşüb

 

  Aprelin 12-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlının rəhbərlik etdiyi nümayəndə heyəti Heydər Əliyev adına Neft Emalı Zavodunda (NEZ) müəssisə rəhbərliyi ilə görüş keçirib.
ADNSU nümayəndələrini Neft Emalı Zavodunda görməkdən məmnun olduğunu deyən zavodun baş direktoru Elman İsmayılov universitetlə olan əməkdaşlıq əlaqələrindən danışıb. Hazırda ADNSU-nun 198 nəfər tələbəsinin zavodda istehsalat təcrübəsi keçdiyini deyən Elman İsmayılov onların hazırlıq səviyyəsindən razı qaldığını ifadə edib. E.İsmayılov, həmçinin zavodda çalışan 1206 nəfər ali təhsilli mütəxəssisdən 636-nın ADNSU məzunu olduğunu diqqətə çatdırıb. Neft Emalı Zavodunda ixtisaslı kadrlara ehtiyac duyulduğunu qeyd edən E.İsmayılov ADNSU ilə əlaqələr sayəsində müəssisənin peşəkar mütəxəssislərlə təmin ediləcəyinə inandığını bildirib.
Səmimi qəbula görə, müəssisə rəhbərliyinə təşəkkürünü bildirən ADNSU-nun rektoru, professor Mustafa Babanlı tədbir iştirakçılarına universitetdə son dövrdə həyata keçirilən islahatlar haqqında məlumat verib. Universitetdə tədrisin keyfiyyətinin yüksəldilməsi, startap hərəkatına dəstək, elektron təhsil sisteminin tətbiqi, ingilisdilli ixtisaslar və s. barədə danışan rektor Mustafa Babanlı ölkə üçün peşəkar mütəxəssislərin hazırlanması üçün üçün birgə əməkdaşlığın vacibliyini vurğulayıb.
Tədbirdə Heydər Əliyev adına Neft Emalı Zavodunun tarixi, fəaliyyəti, məqsədi və s. haqqında təqdimat nümayiş olunub.
Görüşün davamında zavodda istehsalat təcrübəsinə cəlb olunan ADNSU tələbələrilə görüş keçirilib. Əvvəlcə tələbələrə əməyin təhlükəsizliyi qaydaları haqqında məlumat verilib. Sonra Heydər Əliyev adına NEZ-in fəaliyyəti haqqında videoçarx nümayiş olunub. Zavodun baş direktoru Elman İsmayılov görüşün keçirilməsində məqsədin tələbələrin təcrübə prosesinin necə keçdiyi ilə maraqlanmaq, onların problemlərini dinləmək olduğunu bildirib.
Bu cür görüşün keçirilməsi üçün yaradılan şəraitə görə, müəssisə rəhbərliyinə öz minnətdarlığını bildirən rektor, prof. Mustafa Babanlı tələbələrə təcrübə müddətindən səmərəli şəkildə istifadə etməyi tövsiyə edib. Sonra tələbələrin sualları cavablandırılıb.
Daha sonra nümayəndə heyəti Heydər Əliyev adına NEZ-in yeni bitum qurğusu, həmçinin Katalitik-riforminq qurğusu ilə tanış olub.
   


Tarix: 15-04-2019, 11:24

Xəbəri paylaş