Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Aprelin 12-də Azərbaycan Texniki Universitetində (AzTU) “Startap Günləri” başlanıb

 

  “Startup Azərbaycan” layihəsinin təşkilat komitəsinin üzvü, Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz startap günlərində iştirak etmək istəyən tələbələrə layihə haqqında geniş məlumat verib. Bildirilib ki, startap günləri 2 gün davam edəcək. 1-ci gün innovativ ideyaların yarışması təşkil olunacaq, 2-ci gün yarışmada qalib gələn ideyalar ətrafında komandalar formalaşdırılacaq. Daha sonra həmin komandalar ideyalarını “Biznes plan”a çevirərək münsiflər heyətinə təqdim edəcəklər.
Tədbirdə iştirak edən AzTU-nun Elm və texnika üzrə prorektoru, professor İlham Pirməmmədov bildirib ki, startap günlərinin iştirakçıları öz ideyalarını dəyərləndirmək və gerçəkləşdirmək, tanınmış startap nümayəndələri ilə əlaqələr qurmaq imkanı qazanacaqlar.
Qeyd edək ki, AzTU-da startap günləri aprelin 13-də yekunlaşacaq.
   


Tarix: 15-04-2019, 11:19

Xəbəri paylaş