Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Naxçıvan Müəllimlər İnstitutunda daha bir layihəyə start verildi: “Biz kitabxanamıza kitab hədiyyə edirik”

 

Ölkəmizdə ixtisaslı pedaqoji kadrların hazırlığında “Tədris-tədqiqat-innovasiya” üçlüyünün vəhdətini daim diqqət mərkəzində saxlayan bu ali təhsil ocağında son zamanlar bir sıra layihələr hazırlanıb uğurla həyata keçirilməkdədir. Naxçıvan Muxtar Respublikasında “Oxunması zəruri olan kitablar” haqqında Ali Məclis Sədrinin böyük tarixi, siyasi, elmi və mədəni əhəmiyyətə malik və cəmiyyətin, gənc nəslin inkişafı istiqamətinin müəyyən edilməsinə böyük töhfə verən Sərəncamı ilə başlayan kitaba və mütaliəyə çağırış hərəkatında Naxçıvan Müəllimlər İnstitutu da fəal iştirak edir. Bu hərəkatın tərkib hissəsi kimi mütəmadi olaraq kitab təqdimatları, müzakirə və diskussiyalar, dəyirmi masalar, disputlar və digər rəngarəng tədbirlər həyata keçirilir. Bu gün “Biz kitabxanamıza kitab hədiyyə edirik” devizialtında əməkdaşların institut kitabxanasına kitab bağışlama layihəsinə start verildi. Naxçıvan Müəllimlər İnstitutunun rektoru Elbrus İsayev tədbiri açaraq qeyd etdi ki, bu layihənin başlıca məqsədi yetişməkdə olan gənc nəslə həyatımızda kitaba və kitabsevərlərə böyük önəm verildiyini, kitabların əvəzsiz xəzinə kimi qorunub saxlanılması və onlardan düzgün yararlanmaq yolarını bir daha nümayiş etdirməkdir. Bu layihə muxtar respublikada elm və təhsil ocaqlarında uzun müddət çalışmış, fəaliyyəti dövründə əldə edib şəxsi kitabxanalarında topladıqları kitabların bir qismini doğma kitabxanalara bağışlamaq təşəbbüsünün institutumuz tərəfindən dəyərləndirilməsi mahiyyətini daşıyır. Rektor bildirdi ki, bu layihənin reallaşdırılmasına həsr olunmuş ilk mərasim Ümumi fənlər kafedrasının müdiri, biologiya üzrə fəlsəfə doktoru, dosent Asif Axundovun öz şəxsi kitabxanasından institutun kitabxanasına 200-dən artıq qimətli elmi və tədris ədəbiyyatın bağışlanılmasına həsr olunub. Dosent Asif Axundovun hədiyyə etdiyi bu kitablar sırasında öz müəllifliyi ilə institutun profilinə uyğun 5 dərslik, 15-dək dərs və metodik vəsaitlər, habelə digər görkəmli alim-pedaqoqların müəllifliyi ilə 25-dən artıq dərslik, digər elmi və tədris kitabları hədiyyə edəcəkdir. Hədiyyə edilən kitabların əksəriyyəti Azərbaycan dilində, bir qismi isə xarici dillərdədir. Son dövrlərdə nəfis şəkildə nəşr edilmiş bir sıra qiymətli elmi və tədris kitabları institutda
“Tədris-tədqiqat-innovasiya” üçlüyünün reallaşdırılmasında əhəmiyyətli vəsaitlər kimi qiymətləndirilməlidir.
Kitab bağışlama təşəbbüsünün müəllifi dosent Asif Axundov çıxış edərək mərasim iştirakçıları olan tələbə, mağistrant və gənc doktorantlara kitabın şəxsi həyatında oynadığı roldan ətraflı bəhs etdi və onlara öz tövsiyələrini verdi. Mərasimin təşkilinə görə minnətdarlığını bildirdi.
Tədbirdə Naxçıvan Müəllimlər İnstitutunun kitabxana müdiri Şəfayət Sadiqova, Ümumi fənlər kafedrasının baş müəllimi Lamiyə Quliyeva və Biologiya müəllimliyi ixtisası üzrə I kurs tələbəsi Aysu Hətəmova çıxış etdilər. Onlar layihənin əhəmiyyətini yüksək qiymətləndirdilər, kitabsevərlər adından layihənin təşkilatçıları və kitabları hədiyyə edən dosent A.Axundova minnətdarlıqlarını bildirdilər.
İnstitutun rəhbərliyi adından A.Axundova təşəkkürnamə verildi və hədiyyə bağışlandı. Sonda hədiyyə edilmiş kitablardan ibarət sərgiyə baxış oldu.
   


Tarix: 10-04-2019, 11:22

Xəbəri paylaş