Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Müəllimlər üçün müsabiqə başa çatır

 

Respublikanın ümumi təhsil müəssisələrində müddətli müqavilə ilə işləyən müəllimlərin müddətsiz əsaslarla işə qəbulu üçün elektron sənəd qəbulu aprelin 5-də başa çatır.
Aprelin 1-dən start verilmiş müsabiqənin son bitmə zamanı 23:59-dur.
Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun nəzdində fəaliyyət göstərən İnsan Resursları Mərkəzi tərəfindən keçirilən müsabiqədə iştirak etmək istəyən namizədlər http://www.miq.edu.az/muqavile/ saytında qeydiyyatdan keçməlidirlər.
Sözügedən müsabiqələrdə 2017-2018-ci və 2018-2019-cu tədris illəri üçün  keçirilmiş müəllimlərin işə qəbulu müsabiqəsində zəruri keçid balını toplayan, pedaqoji istiqamətlər  üzrə orta ixtisas və ya ali təhsilli, tutulmayan və ya yeni yaranan vakant yerlərə müddətli əmək müqaviləsi ilə  işə qəbul edilmiş müəllimlər iştirak edə bilərlər.
Qeyd edək ki, həvəsləndirmə tədbirləri tətbiq olunmayan müəssisələrə fiziki tərbiyə, musiqi və təsviri incəsənət fənləri üzrə keçid balı 42, digər fənlər üzrə 48, həvəsləndirmə tədbirləri tətbiq olunan müəssisələrə isə bütün fənlər üzrə 36 bal müəyyən edilib.


Tarix: 5-04-2019, 15:09

Xəbəri paylaş