Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

APREL DÖYÜŞLƏRİNİN ÜÇÜNCÜ İLDÖNÜMÜ QEYD EDİLİB

 

Aprelin 4-də Gəncə Dövlət Universitetində (GDU) Aprel döyüşlərinin üçüncü ildönümünə həsr olunmuş anım mərasimi keçirilib.
Anım tədbirinin əvvəlində Dövlət Himni səsləndirilib, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Mərasimi açan GDU-nun humanitar işlər üzrə prorektoru Gülsüm Fətəliyeva aprel ayında baş vermiş hadisələri yaxın tariximizin həm kədərli, həm də qürurverici səhifəsi adlandırıb. O bildirib ki, aprelin 1-dən 2-nə keçən gecə qəhrəman əsgər və zabitlərimiz erməni təxribatına layiqli cavab verərək, uğurlu əks-hücum əməliyyatı keçirib, düşmənə sarsıdıcı zərbələr vurublar. Gülsüm Fətəliyeva deyib: “Aprel döyüşlərindən sonra Azərbaycanın işğal altında olan torpaqlarının bir hissəsi azad edildı. Bizim əsgərlərimiz, zabitlərimiz sübut etdilər ki, Vətən uğrunda, torpaq uğrunda ölümə getməyə hər an hazırdırlar. Aprel döyüşləri bizim şanlı qələbəmizdir. Azərbaycan Ordusu Ermənistanın uzun illər öz ordusu haqqında uydurduğu miflərin yalan olduğunu bir daha sübut etdi”.
Prorektor dövlət tərəfindən ordumuz üçün yaradılan şəraitdən söz açaraq bildirib ki, hərbi sıralarımızda nizam-intizam hökm sürür, ordumuzun maddi-texniki təminatı ən yüksək səviyyədədir. Gülsüm Fətəliyeva Azərbaycan əsgəri üçün yaradılan şəraiti qürur hissi qeyd edərək bildirib ki, ordumuzun ən müasir, yüksək dağıdıcı qüvvəyə və dəqiqliyə malik olan silahlarla, hərbi texnika ilə təmin edilməsi Prezident İlham Əliyevin Azərbaycan Ordusuna göstərdiyi dəstəyin bariz nümunəsidir. G.Fətəliyeva bu gün ölkəmizdə hökm sürən sabitliyin, əmin-amanlığın əvəzsiz bir nemət olduğunu vurğulayıb, gəncləri Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birliyə səsləyib. O, gənclərə yad ideologiyalara, yabançı düşüncələrə uymamağı tövsiyə edib.
Tədbirdə çıxış edənlər – Tarix fakültəsinin müəllimi, tarix üzrə fəlsəfə doktoru Cavid Bağırzadə, Pedaqoji fakültənin dekanı Bayram Apoyev, Riyaziyyat İnformatik fakültəsinin dekanı Zakir Hüseynov, Tarix-coğrafiya fakültəsinin dekanı Urfan Həsənov Aprel döyüşləri zamanı Azərbaycan ordusunun düşmənə sarsıdıcı zərbələr endirməsindən, qəhrəman oğullarımızın döyüşlərdə göstərdiyi şücaətdən danışıblar.
Qeyd edilib ki, bu döyüşlərin mənəvi-psixoloji baxımdan da böyük əhəmiyyəti vardır. Lələtəpə əməliyyatı Azərbaycan xalqının qəhrəmanlıq rəmzi adlandırılıb, Aprel döyüşləri müasir tariximizdə ən uğurlu hərbi əməliyyatlardan biri kimi dəyərləndirilib.
     


Tarix: 5-04-2019, 10:50

Xəbəri paylaş