Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Azərbaycan Sənaye Korporasiyasının nümayəndələri AzTU-da olublar

 

Aprelin 4-də Azərbaycan Sənaye Korporasiyasının Beynəlxalq münasibətlər və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Xaqan Teymurov və Korperativ xidmətlər departamentinin direktor müavini Azad Aslanov Azərbaycan Texniki Universitetində olublar.
Qonaqları qəbul edən AzTU-nun rektor əvəzi, professor Xalıq Yahudov universitetin istehsalat müəssisələri ilə olan əlaqələrindən danışıb. Texniki təhsilin təcrübə ilə bağlılığına diqqət çəkən rektor əvəzi qeyd edib ki, AzTU Azərbaycan Sənaye Korporasiyası ilə əməkdaşlıqda maraqlıdır.
Öz növbəsində qonaqlar da bildiriblər ki, Azərbaycan Sənaye Korporasiyası ali təhsil müəssisələri sıx əməkdaşlıq etmək niyyətindədir.
Görüşdə AzTU ilə müxtəlif istiqamətli əlaqələrin qurulması, elmi potensialdan birgə istifadə, tələbələrin Azərbaycan Sənaye Korporasiyasının istehsalat müəssisələrində təcrübə keçməsi və sonradan onların işlə təmin olunması, həmçinin, startap layihələrinin maliyələşdirilməsi məsələləri müzakirə olunub. Qərara alınıb ki, ilkin mərhələdə hər iki tərəfdən işçi qrupu yaradılsın və əməkdaşlıq sahələri müəyyən olunsun.


Tarix: 5-04-2019, 10:45

Xəbəri paylaş