Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Firudin Qurbanov Çex Respublikasının səfiri ilə görüşüb

 

Təhsil nazirinin müavini, Bakı Dövlət Universitetinin (BDU) rektoru vəzifəsini icra edən Firudin Qurbanov Çex Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Milan Ekertlə görüşüb.
Firudin Qurbanov Azərbaycanla Çex Respublikası arasında diplomatik əlaqələrin qurulmasından ötən müddət ərzində ikitərəfli münasibətlərdə böyük nəticələr əldə edildiyini bildirib.
Təhsil Nazirliyinin Çex Respublikasının Təhsil, Gənclər və İdman Nazirliyi ilə sıx əməkdaşlıq etdiyini diqqətə çatdıran Firudin Qurbanov BDU və Çexiya universitetləri arasında əlaqələrin daha da genişləndiyini vurğulayıb.
Firudin Qurbanov BDU-nun Çexiyanın Masarik Universiteti, Kimya Texnologiyaları Ali Məktəbi, Palaski Universiteti və Karlov Universiteti ilə əməkdaşlıq etdiyini, bu ali təhsil müəssisələri ilə tələbə-müəllim mübadiləsinin həyata keçirildiyini qeyd edib. Həmçinin bildirib ki, ötən əsrin 60-cı illərindən etibarən iki ölkə universitetləri arasında təşkil olunan  yay məktəbləri ənənəsi də uğurla davam edir.
Firudin Qurbanov BDU ilə Çexiyanın ali təhsil müəssisələri arasında ikili diplom, akademik mübadilə sahəsində əməkdaşlığın vacibliyini diqqətə çatdırıb.
Çex Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Milan Ekert  iki ölkənin təhsil sahəsindəki əlaqələrini yüksək qiymətləndirib.
Səfir ikili diplom, Çexiyada təhsil almaq, tədqiqat aparmaq istəyən tələbələr üçün viza prosedurunun sadələşdirilməsi, mədəniyyət, elm və tədqiqat sahələri üzrə layihələri dəstəkləyən Beynəlxaq Viseqrad Fondu ilə əməkdaşlıq kimi məsələlərlə bağlı fikirlərini bölüşüb, bu istiqamətdə birgə fəaliyyətin gücləndirilməsində maraqlı olduqlarını bildirib.


Tarix: 11-02-2019, 13:09

Xəbəri paylaş