Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimi
Dekabrın 11-də Təhsil Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Milli Konservatoriyasında ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Mən Azərbaycanam” adlı anım mərasimi keçirilib.
Mərasim iştirakçıları tərəfindən ulu öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Azərbaycan Milli Konservatoriyasının rektoru Siyavuş Kərimi ümummilli lider Heydər Əliyevin Azərbaycan dövlətinin tarixində silinməz iz buraxdığını bildirib. Rektor bütün həyatını xalqına həsr edən ulu öndərin musiqiyə xüsusi bağlılığının olduğunu, onun əziz xatirəsinin hər il ali məktəb tələbələrinin ifasında konsert proqramı ilə anıldığını qeyd edib.
Təhsil Nazirliyi rəhbərliyinin və ali təhsil müəssisələri rektorlarının iştirak etdiyi mərasimdə əməkdar incəsənət xadimləri Vasif və Ceyhun Allahverdiyevlərin mahnı və romansları səslənib.
Tarix: 12-12-2018, 10:21