Xüsusi siniflərdə dərs deyən müəllimlər üçün seminar
Təhsil Nazirliyinin tabeliyindəki Fizika-riyaziyyat və informatika təmayüllü liseydə istedadlı şagirdlər üçün xüsusi siniflərdə tədris prosesinin təkmilləşdirilməsi, tədris plan və proqramlarının müzakirə edilməsi, yerlərdə görülən işlər barədə məlumatların toplanması məqsədi ilə seminar keçirilib.
Bakı şəhəri və 15 rayondan 120 müəllimin iştirakı ilə keçirilən seminarda rəy və təkliflər dinlənilib, müəllimlərlə öyrədici iş aparılıb, bu siniflərdə həyata keçiriləcək bir sıra məsələlər geniş müzakirə edilib. Belə seminarların tədris ili ərzində bir neçə dəfə keçirilməsi nəzərdə tutulub.
Qeyd edək ki, Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən, istedadlı şagirdlər üçün riyaziyyat-informatika təmayüllü (7-ci siniflər) və təbiət elmləri təmayüllü (8-ci siniflər) siniflər yaradılıb.
Tarix: 19-11-2018, 13:04