DOĞUM GÜNÜN MÜBARƏK, EY ŞƏHİDİM
Günəş Xudiyeva,
Kürdəmir şəhər 3 nömrəli tam orta
məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi,
“Tərəqqi” medallı
Yaddaşlarda əbədi həkk olmuş və heç zaman unudulmayacaq şəhidlərimizin əziz xatirəsi yaradıcı müəllimlərimiz tərəfindən də tərənnüm edilir. Belə müəllimlərdən biri də Kürdəmir şəhər 3 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi, “Tərəqqi” medallı Günəş Xudiyevadır. Onun doğum gunu fevral ayına təsadüf edən, 2016-cı ilin aprel döyüşlərində qəhrəmancasına şəhid olan Azərbaycan Respublikası Silahlı Qüvvələrinin pilotu, «Azərbaycan Bayrağı» ordenli baş leytenant Əbu Bəkir İsmayılovun əziz xatirəsinə ithaf etdiyi “Doğum günün mübarək, ey şəhidim” adlı şeirini sevimli oxucularımıza təqdim edirik.
Doğular o Günəş, gələr yeni gün
Açılar bu xalqın düşdüyü düyün
Qoyular üstünə çələngin, gülün,
Mən də sənə bu müjdəni gətirim
Doğum günün mübarək , ey şəhidim!
Düşmən çəkə bilmir, ağırdır daşım
Quruyub,qalmayıb gözümdə yaşım
Məğrurdur, əyilməz heç zaman başım
Rahat yat, rahat yat, ölməz igidim
Doğum günün mübarək, ey şəhidim!
Yaralı aslanam, hələ yatıram.
Vaxt gələr çağlaram, hələ susuram
Adına zəfərdən şeir yazıram
Bilirəm gələcək zamanım mənim,
Doğum günün mübarək , ey şəhidim.
Bu qədər alışdım, bu qədər yandım,
Coşar, daha durmaz damarda qanım
Zəfərlər marşını çalar bu xalqım.
Qələbə gününü görər gözlərim,
Doğum günün mübarək, ey şəhidim.
Yetişsin muradım, qoy o gün gəlsin,
Qarşında diz çöküm, yorulmaz, mətin,
“Bu gün sənin günün “ , - deyim, sən sevin.
Allahdan tək budur istəyim, əhdim
Doğum günün mübarək, ey şəhidim.
Tarix: 5-03-2018, 13:33