Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

BDU-nun Tarix fakültəsinin şəhid məzunlarına həsr olunmuş tədbir keçirilib





Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsinin şəhid məzunlarına həsr olunmuş tədbir keçirilib.
Tədbir Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Azərbaycanın bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Azərbaycan tarixi (təbiət elmləri üzrə) kafedrasının müdiri, dosent Mehman Abdullayev giriş sözü ilə çıxış edərək Qarabağ münaqişəsinin tarixi, Ermənistanın işğalçılıq siyasəti nəticəsində torpaqlarımızın 20 faizinin itirilməsi, 26 il davam edən atəşkəs və nəhayət, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində şanlı qələbəsi haqqında danışıb.
Vətən müharibəsi iştirakçısı İsrayıl Əzimov müharibə xatirələrindən, döyüş yoldaşlarının qəhrəmanlıqlarından danışıb.
Tarix fakültəsinin I kurs tələbəsi Fatimə Minayıllı qeyd edib ki, Tarix fakültəsinin 3 məzunu Vətən müharibəsində qəhrəmancasına şəhid olub. Onların hər birinin şücaəti gənclərə örnəkdir.
Tarix fakültəsinin I kurs tələbəsi Rübabə Bağırova şəhid Elşən Salayev, II kurs tələbəsi Aygün Əlizadə şəhid Yüksəl Əlizadə, II kurs tələbəsi Fatimə Quliyeva şəhid Hüseyn Quliyevin həyatı, döyüş yolu ilə bağlı təqdimatlar ediblər.
Tarix fakültəsinin II kurs tələbələri Ehtiram Qurbanov və Nəbi Hüseynov şəhidlərimizə həsr etdikləri şeirlər səsləndiriblər. Daha sonra şəhidlərin xatirəsinə həsr olunmuş videoçarx nümayiş etdirilib.
 


Tarix: 19-03-2022, 17:48

Xəbəri paylaş