Gəncə Dövlət Universitetində struktur dəyişiklikləri
Respublikamızda təhsil sahəsinin beynəlxalq standartlar səviyyəsində qurulması hazırda dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Azərbaycanın təhsil sistemində başlanan islahatların uğurlu nəticələri artıq özünü büruzə verməkdədir. Prezident İlham Əliyev təhsilin inkişafına böyük önəm verərək demişdir: “Təhsil Azərbaycanın davamlı inkişaf strategiyasının ən öncül istiqamətlərindən biridir”.
Qeyd edək ki, təhsilin digər sahələrində olduğu kimi, ali təhsil sistemində də aparılan islahatlar öz bəhrəsini verir. Azərbaycan ali təhsil sisteminin məzmun və keyfiyyət göstəricilərinin müasirləşdirilməsi, ali təhsil sisteminin məzmun və keyfiyyət göstəricilərinin təkmilləşdirilməsi, yeni akademik mühitin yaradılması istiqamətində həyata keçirilən tədbirlər müsbət nəticəsini verməkdədir.
Təhsil sahəsində aparılan islahatlar Gəncə Dövlət Universitetindən də yan keçməmiş, idarəetmənin optimallaşdırlması sahəsində müsbət addımlar atılaraq bəzi qurumlar ləğv edilmiş, bəzilərinin adı dəyişdirilmiş və müasir idarəetmə sisteminin qurulması üçün yeni qurumlar yaradılmışdır. Universitetdə aparılmış islahatlar bütün sahələri əhatə etmədiyinə görə bəzi sahələrdə struktur dəyişiklikliyinin aparılması zərurəti yaranmışdır. İslahat aparılmayan strukturlardan biri də Tədris şöbəsi və Tədris-elektron mərkəzidir. Qeyd edilən strukturların işinin müasir tələblər səviyyəsində qurulması və idarəetmədə optimallığın artırılması məqsədilə Universitetin Elmi Şurasının qərarı ilə Tədris şöbəsi və Tədris-elektron mərkəzinin birləşdirilməsi yolu ilə Tədris Departamenti yaradılmışdır. Tədris Departamentinin tərkibində iki sektor-Tədrisin təşkili və idarə olunması və Tələbələrin qeydiyyatı və dövlət nümunəli sənədlərlə iş sektorları yaradılmışdır.
Tədris şöbəsi və Tədris-elektron mərkəzinin işçiləri tutduqları ştatlarla birlikdə Tədris departamenti sektorlarının işçiləri hesab edilmişlər.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti
Tarix: 9-05-2021, 14:16