Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

“Xocalıya ədalət!” kampaniyası çərçivəsində məktəblərdə görüş

 

Bakı şəhərindəki 27 nömrəli tam orta məktəbdə Heydər Əliyev Fondunun təşəbbüsü ilə başladılan “Xocalıya ədalət!” kampaniyası çərçivəsində görüş keçirilib.
Görüşdə fondun nümayəndəsi Cavid Məmmədzadə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi kökləri barədə danışıb. Həmçinin şagirdlərə tarixin müxtəlif dövrlərində, xüsusilə XX əsrin sonlarında Ermənistan silahlı birləşmələrinin və onların havadarlarının köməyi ilə işğal olunmuş Dağlıq Qarabağ ərazisində, o cümlədən Xocalı şəhərində törətdikləri kütləvi qırğın və soyqırımı ilə bağlı məlumat verilib.
Daha sonra 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başladılan "Xocalıya ədalət!" beynəlxalq kampaniyası çərçivəsində görülən işlərdən danışılıb.
  Qeyd edək ki, paytaxt məktəblərində belə görüşlər davam etdiriləcək.


Tarix: 8-05-2017, 11:43

Xəbəri paylaş