Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Sumqayıt Dövlət Universiteti əməkdaşlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında



Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Sumqayıt Dövlət Universitetinin 60 illiyi münasibətilə və Azərbaycanda təhsilin inkişafında xidmətlərinə görə Sumqayıt Dövlət Universitetinin aşağıdakı əməkdaşları “Tərəqqi” medalı ilə təltif edilsinlər:
Xəlilov Elmar Şirinbala oğlu
İsayev Əmirxan İsmayıl oğlu
Mahmudova Lalə Fəqail qızı
Məhərrəmova Sona Səbəddin qızı
Məmmədov Ceyhun Həsən oğlu.
 
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 16 noyabr 2022-ci il



Tarix: 17-11-2022, 16:08

Xəbəri paylaş